Arxiv
13 Dekabr 2019, 19:25 | AKTUAL
Azərbaycan və Kolumbiya XİN başçıları arasında məktub mübadiləsi olub

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Kolumbiyanın xarici işlər naziri Claudia Blum iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçiriblər. 

 

XİN-dən Modern.az-a verilən məlumata görə, E.Məmmədyarov məktubunda ötən 25 il ərzində dostluq və əməkdaşlıq əsasında qurulan münasibətlərin Azərbaycan ilə Kolumbiya arasında gələcək davamlı inkişafın əsasını təşkil etdiyini bildirib.

 

Daha sonra nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı əsasında həlli istiqamətində Kolumbiyanın Azərbaycana göstərdiyi qətiyyətli dəstəyə görə təşəkkür edib. Bu xüsusda Kolumbiya Senatı tərəfindən 2018-ci ildə Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrində qeyd olunduğu kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarında dərhal və qeyd-şərtsiz çıxarılmasını əks etdirən qətnamənin qəbul olunmasını xüsusi vurğulanıb. Nazir beynəlxalq ictimaiyyətin birgə mövqeyi nəticəsində münaqişənin tezliklə öz həllini tapacağına ümid etdiyini bildirib.

 

Sonda E.Məmmədyarov Azərbaycanın Klolumbiya ilə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığına toxunub. Ortaq dəyərlər və qarşılıqlı maraq əsasında, xüsusilə Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi və Sakit Okean İttifaqında fəaliyyəti çərçivəsində mövcud əlaqələrin gələcəkdə daha çoxşaxəli inkişafı naminə birgə səylərin əsirgənməyəcəyindən əmin olduğunu qeyd edib.

 

K.Blum E.Məmmədyarova ünvanladığı məktubda dekabrın 13-də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə təbrikini çatdırıb.

 

Məktubda Azərbaycan-Kolumbiya arasında siyasi məsləhətləşmələrə toxunulub və Kolumbiyanın Azərbaycana birinci səfirinin təyin edilməsi ilə bağlı qərarı xüsusi qeyd olunub.

 

Bununla yanaşı, Azərbaycan və Kolumbiyanın beynəlxalq xarakterli vacib məsələlərdə eyni mövqedən çıxış etməsi, təhlükəsizlik, sabitlik və firavanlıq naminə birgə mübarizəsi, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığı vurğulanıb.

 

Daha sonra K.Blum məktubunda əməkdaşlıq, iqtisadi əlaqələrin dərinləşdirilməsi və xalqlarımız arasında dostluq münasibərlərinin daha da möhkəmləndirilməsi naminə birgə gələcək səylərin göstərilməsində maraqlı olduğunu bir daha diqqətə çatdırıb.

 

Qeyd edək ki, Azərbaycan ilə Kolumbiya arasında diplomatik əlaqələr 13 dekabr 1994-cü ildə qurulub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
DİN rayonlara gediş-gəlişin şərtlərini AÇIQLADI 4 Avqust 2020, 15:42 Deputatın maaşından tutublar 4 Avqust 2020, 15:27 İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi büdcəni müzakirə edir 4 Avqust 2020, 15:22 DSMF-nin gəlir və xərclərinin azalma səbəbi komitə iclasında açıqlandı 4 Avqust 2020, 15:17 2 polisin qatili 25 il sonra Azərbaycanda YAXALANDI 4 Avqust 2020, 15:08 Hamımızın ağsaqqalı FƏTTAH HEYDƏROV 4 Avqust 2020, 15:06 Naftalanda karantin qaydalarına nəzarət işləri davam etdirilir 4 Avqust 2020, 14:44 DİM-dən qəbul imtahanlarının 2-ci mərhələsinin vaxtı ilə bağlı AÇIQLAMA 4 Avqust 2020, 14:33 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində kadr təyinatları olub 4 Avqust 2020, 14:09 Lukaşenko: “Rusiyanın Belarusdan başqa yaxın müttəfiqi qalmayıb” 4 Avqust 2020, 14:06 Prezident və birinci xanım Bakıda salınan meşə tipli yeni parka baxdılar - FOTOLAR 4 Avqust 2020, 13:57 Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaitin HƏCMİ 4 Avqust 2020, 13:55 Ermənilər bir faktı etiraf edə bilmirlər ki, Azərbaycan Cənubi Qafqazda İsrailin strateji tərəfdaşıdır” - Arye Qut 4 Avqust 2020, 13:48 Birinci vitse-prezidentin köməkçisi: “Emənistan bir daha səbrimizi sınağa çəkməsin!” 4 Avqust 2020, 13:42 Sabaha gözlənilən HAVA PROQNOZU 4 Avqust 2020, 13:36 Agentlik ictimai iaşə müəssisələrinə müraciət etdi 4 Avqust 2020, 13:22 Azərbaycanlı şagird Rusiyadakı “Kurchatov” olimpiadasında 3-cü yerə çıxıb 4 Avqust 2020, 13:14 3,3 min kassa çeki üzrə ƏDV-nin geri qaytarılmasından imtina edilib 4 Avqust 2020, 13:04 İki bələdiyyə sədrinə cərimə kəsildi 4 Avqust 2020, 12:57 Azyaşlı azərbaycanlı blogerdən Ermənistanın faşist siyasətinə etiraz - VİDEO 4 Avqust 2020, 12:51 Memar Şahdağlinskinin etirafları və poetik müraciəti 4 Avqust 2020, 12:47 Fəttah Heydərov I Fəxri xiyabanda dəfn olundu - YENİLƏNİB 4 Avqust 2020, 12:46 Neft Fondu iyulda banklara nə qədər dollar satıb? – MƏBLƏĞ 4 Avqust 2020, 12:44 Sərxoşluq edən 583 nəfər müalicəyə cəlb edilib 4 Avqust 2020, 12:42 İşğal altındakı torpaqlarda virusa yoluxanların sayı 247-yə ÇATDI 4 Avqust 2020, 12:41 Azərbaycanda narkotiklərə görə tutulanların yaş və cins GÖSTƏRİCİLƏRİ 4 Avqust 2020, 12:34 Narkomaniyadan əziyyət çəkən 1228 nəfər məcburi müalicəyə göndərilib 4 Avqust 2020, 12:30 O, “yuxarıdan” göndərilib, “lap yuxarıdan!..” 4 Avqust 2020, 12:24 Pliski - Qədim türklərin yaratdığı meqapolis – FOTOLAR 4 Avqust 2020, 12:21 Azərbaycandakı QİÇS-li xəstələrin sayı açıqlanıb 4 Avqust 2020, 12:21 Sabah 1525 namizəd rezidenturaya qəbul imtahanı verəcək 4 Avqust 2020, 12:17 Ziyarətgaha gedən 19 nəfər cərimələndi 4 Avqust 2020, 12:01 Bakı polisi küçə və avtobuslarda reydlər aparır - FOTO 4 Avqust 2020, 11:45 Rayonlara gediş-gəliş xidməti vəsiqə ilə mümkün olmayacaq - XƏBƏRDARLIQ 4 Avqust 2020, 11:44 Jurnalistlər icra başçılarından çox maaş alırdılar, indi bu peşəni gözətçiyə dəyişirlər 4 Avqust 2020, 11:39