Modern.az

Elvin İsayev Azərbaycana deportasiya edildi - RƏSMİ

Elvin İsayev Azərbaycana deportasiya edildi - RƏSMİ

Aktual

14 Dekabr 2019, 15:24

Azərbaycan vətəndaşı, 1980-ci il təvəllüdlü İsayev Elvin İltixam oğlu Ukraynada miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə 12 dekabr 2019-cu il tarixdə qayıdış şəhadətnaməsi əsasında Azərbaycana deportasiya edilib.

 

Bu barədə Modern.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, E.İsayevin mövcud vəziyyəti ilə əlaqədar zəruri ehtiyaclarının ödənilməsi üçün DMX-yə müraciəti təmin olunaraq könüllü tibbi müayinədən keçirilməklə müvəqqəti sığınacaqla təmin edilib.

 

Eyni zamanda, Azərbaycanın Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi rayon məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar E.İsayev dekabrın 14-də Penitensiar xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilib.

 

Qeyd edək ki, 39 yaşlı Elvin İsayev son aylar bloqer kimi fəaliyyət göstərib. O, öz sosial şəbəkə hesablarından Azərbaycan hakimiyyətində təmsil olunan şəxsləri ağır ifadələrlə təhqir edərək gündəmə gəlib. E.İsayev 2001-ci ildə Şimali Osetiyada Rusiya vətəndaşlığını alıb. O, 24 avqustda hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu