Modern.az

Ailə üzvləri kəlbəcərli girovları Qarabağda ziyarət edə biləcək  

Ailə üzvləri kəlbəcərli girovları Qarabağda ziyarət edə biləcək  

Qarabağ

25 Dekabr 2019, 09:53

Ermənistanın girov saxladığı Dilqəm Əsgərov və Şahbaz Quluiyevin ailə üzvləri onları həbsxanada ziyarət edə biləcək.

 

Modern.az “Azadlıq Radiosu”nun erməni xidmətinə istinadən xəbər verir ki, humanitar aksiya ilə bağlı danışıqlar yekun mərhələyə çatıb.


“Hazırda azərbaycanlı girovların qohumlarının Qarabağa gələrək, onları həbsdə ziyarət etməsinə, eyni zamanda ermənistanlı qohumların qarşılıqlı səfər edərək, Azərbaycanda saxlanılan əsirlərlə görüşü barədə danışıqlar aparılır”.

 

Hazırda Ermənistan Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov saxlayır. Azərbaycanda isə erməni hərbçilər Arsen Baqdasaryan, Karen Kazaryan və Araik Kazaryan həbsdə saxlanılır.

 

Xatırladaq ki, humanitar aksiya çərçivəsində noybarda iki ölkənin jurnalistləri Azərbaycana və Ermənistana qarşılıqlı səfərlər etmişdi.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü