Modern.az

Elçibəyin oğlundan seçki AÇIQLAMASI

Elçibəyin oğlundan seçki AÇIQLAMASI

Parlament

8 Yanvar 2020, 12:29

“Düzü, Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etməyi düşünməmişəm. Kimlər iştirak edirsə, hamısına uğurlar arzulayıram”.

 

Bu fikirləri Modern.az-a mərhum eks prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edib-etməməsi ilə bağlı sualı cavablandırarkən deyib.

 

Ərturqut Əliyev özünü heç vaxt parlamentdə görmədiyini də söyləyib:

 

“Milli Məclisdə deputat kimi təmsil olunmağı nə arzulamışam, nə də düşünmüşəm. Heç vaxt deputat olmaq istəməmişəm. Güman ki, bundan sonra da bu ənənəni qoruyub saxlayacam”.

 

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir