Arxiv
10 Yanvar 2020, 09:03 | ÖLKƏ
Siyasətçilərin idman məşğuliyyəti: Hafiz Hacıyev boksla məşğul olur, Tahir Kərimli Leninə görə idmanı atıb…

Ən çox siyasi səhnədə görməyə alışdığımız insanların hansı idman növü ilə məşğul olduqları yəqin ki, hər kəs üçün maraq doğurur.

 

Bu mənada azərbaycanlı siyasətçilər, xüsusilə partiya sədrlərinin siyasətdən kənar həyatı, hansı idman növü ilə məşğul olması diqqəti çəkir.

 

Modern.az-ın bu barədə apardığı sorğuya maraqlı cavablar alınıb.

 

Hafiz Hacıyev boksyor imiş…

 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev vaxtilə boksla məşğul olduğunu söyləyir:

 

“Son vaxtlar isə evdə yadıma düşəndə həvəskar şəkildə boksla məşğul oluram. Amma işin-gücün əlindən vaxt tapa bilmirəm”.

 

Tahir Kərimli Leninə görə idmandan imtina edib…

 

Vəhdət Partiyasının sədri Tahir Kərimli isə hüquqşünas olmaq üçün məşğul olduğu bütün idman növlərindən imtina edib:

 

“Mənə gəncliyimdə həmişə deyirdilər ki, hansı idman növünə əl atsan, yaxşı uğur qazana bilərsən. Bir dəfə Leninin tərcümeyi -halını oxudum. Yazılmışdı ki, Lenin vəkil olan zaman çox yaxşı şahmat oynayırdı. O bu sənətə görə, şahmatı atıb. Bunu oxuyandan sonra mən də hüquqa görə bütün idman növlərindən imtina etdim.

 

Amma həmin vaxta qədər iki dəfə Ağsu rayonunda hərbi idman oyunları üzrə komandanın kapitanı olmuşam”. 

 

Araz Əlizadə idmandan uzaqdı…

 

Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə də indi heç bir idman növü ilə məşğul olmur:

 

“Amma gəncliyimdə futbola, qaçışa, üzgüçülüyə maraq göstərmişəm”.

 

Asim Mollazadə tennislə məşğul olub…

 

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də idman sahəsinə maraq göstərən siyasətçilərimizdəndir:

 

“Mən zamanında tennis oynamışam. Amma peşəkar idmanla məşğul olmamışam. Hazırda isə ancaq gəzirəm”.

 

İqbal Ağazadə peşəkar ağırlıqqaldırma ilə məşğul olub…

 

Ümid Partiyasının sədri İqbal Ağazadə isə ağırlıqqaldırma ilə peşəkar məşğul olub:

 

“1987-1988-ci illərdə SSRİ Silahlı Qüvvələri arasında ağırlıqqaldırma üzrə ikinci yeri tutmuşam. Amma hazırda bununla məşğul deyiləm, sadəcə qaçmağa üstünlük verirəm”.

 

Arif Hacılı azarkeşlik edir…

 

Müsavat Partiyasının başqanı Arif Hacılı da əvvəllər idmana maraq göstərib:

 

“Uzun illər futbolla məşğul olmuşam. İndi isə müəyyən səbəblər üzündən futbolla məşğul olmuram. Futbol həm də azarkeşlik etdiyim idman növüdür”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gəncədən qaçırılan avtomobil Mingəçevirdə tapıldı - FOTO 24 Fevral 2020, 14:08 Ailənin tək oğlu, Şəhid qardaşı cəbhə bölgəsinə göndərilməsin - TƏKLİF 24 Fevral 2020, 14:02 Fevralın 26-da ilk dərslər Xocalıya həsr olunacaq 24 Fevral 2020, 13:56 Azərbaycandakı zəlzələnin fəsadları – FOTOLAR 24 Fevral 2020, 13:50 Şəhidin nəşi döyüş bölgəsindən çıxarılmayıb - QOHUMLARI 24 Fevral 2020, 13:44 Prezident Əli Əsədovu Komissiyanın yeni sədri TƏYİN ETDİ 24 Fevral 2020, 13:37 Əsassız xəbərlər koronavirusdan daha təhlükəlidir - ÜST 24 Fevral 2020, 13:34 Hafiz Hacıyev deyir ki, səhhəti PİSLƏŞİB 24 Fevral 2020, 13:27 Nazirlikdən hava xəbərdarlığı: külək, qar 24 Fevral 2020, 13:21 İlham Əliyevdən Tokio-2020 ilə bağlı SƏRƏNCAM 24 Fevral 2020, 13:17 Sabah hava bu insanlar üçün əlverişsiz olacaq - PROQNOZ 24 Fevral 2020, 13:14 Qaz xətlərində 42 min qanunsuz qoşulma aşkarlandı 24 Fevral 2020, 13:10 Azərbaycan və İran arasında sərhəd-keçid məntəqəsi fəaliyyətini dayandırıb? - RƏSMİ 24 Fevral 2020, 13:05 Baş direktor narazı sakinlərlə GÖRÜŞDÜ - VİDEO 24 Fevral 2020, 12:59 İcra başçısı müşavirə keçirdi 24 Fevral 2020, 12:52 Azərbaycanda 3000-ə yaxın iş yeri AÇILACAQ 24 Fevral 2020, 12:48 İndoneziyada Xocalı soyqırımı ilə bağlı poçt markası nəşr edilib 24 Fevral 2020, 12:46 Qarabağdakı işğalçı ordu döyüşə hazır vəziyyətə gətirildi – Cəbhədə nə baş verir? 24 Fevral 2020, 12:41 İlham Əliyev Ponomaryovu təltif etdi 24 Fevral 2020, 12:38 Əli Əhmədov Prezidentin İtaliya səfərindən yazdı 24 Fevral 2020, 12:33 “Jeep”dən 5 kq-dan artıq narkotika çıxdı - FOTO 24 Fevral 2020, 12:31 Koronavirus qızılı bahalaşdırdı 24 Fevral 2020, 12:28 Nazirlik Bakıda ağac kəsənləri axtarır 24 Fevral 2020, 12:25 BMU ali təhsil müəssisələrinin sərgisində iştirak edib - FOTOLAR 24 Fevral 2020, 12:19 Avropa şirkətlərinin Qarabağdakı qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb -  “AzerGold” sədri 24 Fevral 2020, 12:17 İranda koronavirusdan ölənlərin sayı 12-yə çatdı 24 Fevral 2020, 12:11 Ermənilər Qazax istiqamətindəki döyüş barədə MƏLUMAT YAYDI - VİDEO 24 Fevral 2020, 12:08 MSK-nın ləğv etdiyi dairə və məntəqələr - DAVAM EDƏCƏK? 24 Fevral 2020, 12:05 Azərbaycanın dini icmalarının rəhbərlərindən dünya ictimaiyyətinə MÜRACİƏT 24 Fevral 2020, 12:00 “Filizçay yatağının istismara verilməsi yüzlərlə iş yerinin açılmasına imkan yaradacaq” - Zakir İbrahimov 24 Fevral 2020, 11:55 Vilayət Eyvazovdan Vaqif Əsədovun bölməsinə yeni TƏYİNAT 24 Fevral 2020, 11:50 Martın 1-də IX siniflər üzrə buraxılış imtahanı keçiriləcək 24 Fevral 2020, 11:44 Qızılın satışından 141,9 milyon manat gəlir əldə edilib 24 Fevral 2020, 11:38 İrandan "Sədərək"ə mal gətirilməsi dayandırıldı 24 Fevral 2020, 11:34 “Məqsədimiz beynəlxalq məhkəmələr müstəvisində Xocalının soyqırım kimi tanıdılmasıdır” 24 Fevral 2020, 11:32