Modern.az

Bu şəxslər Oqtay Əsədova rəqib oldular 

Bu şəxslər Oqtay Əsədova rəqib oldular 

11 Yanvar 2020, 14:56

Fevralın 9-da ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı dairə seçki komissiyaları  tərəfindən qeydə alınmış namizədlərin siyahısı açıqlanıb. Bu barədə ətraflı məlumat Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytında yerləşdirilib.

 

Modern.az MSK-nın açıqladığı siyahıya əsasən bildirir ki, yenidən namizədliyini irəli sürmüş beşinci çağırış Milli Məclisin deputatlarının rəqibləri də müəyyənləşib.

 

Yeni Azərbaycan Partiyası (YAP) tərərfindən 45 saylı Abşeron seçki dairəsindən yenidən namizədliyi irəli sürülən beşinci çağırış Milli Məclisinin sədri Oqtay Əsədovun rəqibləri də siyahıda yer alıb.

 

Parlament sədrinə rəqib olanlar arasında jurnalistlər də var. Belə ki, “Turaztv.az” saytının baş redaktoru Cəmil Dadaşov və işsiz jurnalist Ceyhun Musayev (Ceyhun Musaoğlu) da Oqtay Əsədovun jurnalist rəqibləridir.

 

Parlament sədrinin rəqibi olan digər qeydə alınmış namizədlər isə aşağıdakılardır:

 

- "ERS-Group Company" MMC-nin baş direktoru, hüquqşünas Emin Əliyev,

 

- Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasında Bədən Tərbiyəsi və İdman üzrə təlimatçı-metodist vəzifəsində çalışan, idmançı Əli Salayev,

 

- "Kristal-F" Mənzil Tikinti Kooperativinin əməkdaşı, sənətşünas Sürahi Şükürova.

 

 Əfsanə ŞƏRİF

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır