Arxiv
14 Yanvar 2020, 12:25 | ÖLKƏ
Vətəndaşlar narahat olmasınlar – Deputat: “Sığorta etdirməməyə görə cərimə tətbiq edilmir”

Yanvarın 13-də Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə ölkə başçısı son günlər əhali arasında ciddi ajiotaj yaradan sığorta məsələsinə münasibət bildirib.

 

Prezident bildirib ki, Azərbaycanda mülkiyyətin sığortalanması prosesi ilə bağlı çox böyük maarifləndirmə işləri aparılmalıdır:

 

“Vətəndaşlar bilməlidirlər ki, evlər, əmlak sığortalanmalıdır. Nəzərə alsaq ki, Azərbaycanda bu sahədə böyük boşluqlar var, dövlət bütün maliyyə yükünü öz üzərinə götürübdür. Əlbəttə, bu, böyük vəsait tələb edirdi, ancaq yenə də deyirəm, vətəndaşların rahatlığı, onların rifahı, normal yaşayışı bizim üçün əsas məsələdir. Ancaq hesab edirəm ki, bu il və bundan sonrakı illərdə əmlakın sığortalanması, o cümlədən maarifləndirmə ilə bağlı çox ciddi addımlar atılmalıdır. Bu məsələ ilə bağlı müxtəlif tədbirlər keçirilməlidir, atılacaq addımlar haqqında vətəndaşlara ətraflı məlumat verilməlidir. Hökumətə tapşırıram ki, bu məsələyə diqqət yetirsin”. 

 

Məsələ ilə bağlı Modern.az-a danışan beşinci çağırış Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, sığorta məsələsində insanları qorxutmaq yox, maarifləndirmək lazımdır:

 

“Qanuna uyğun olaraq bütün evlər sığortalanmalıdır. Amma “mənzillərinizi sığortalamasaz, cərimələnəcəksiz” xofunu yaratmaq olmaz. İnsanlarda sığortaya maraq oyatmaq lazımdır. İnsanlar bilməlidirlər ki, cərimə mexanizmi hələlik yoxdur. Yəni sığorta etdirməməyə görə cərimə tətbiq edilmir, nəninki 20 gündən bir cərimləmək. Bu cür informasiyaları yaymaqla insanları qorxutmaq olmaz. Cərimələmək məsələsi hələlik real deyil. Çünki mexanizm tam tətbiq edilmir. Buna görə də vətəndaşlar narahat olmasınlar. Hazırda sığortalamamağa görə vətəndaşı cərimələmək səlahiyyəti heç kimə verilməyib ki, bundan istifadə edib insanları narahat edələr”.

 

 

V.Əhmədov deyib ki, cərimə ilə əlaqədar qanunda dəyişiklik edilə bilər:

 

“Ümumilikdə insanlar sığortadan çəkinməməlidirlər, məsləhət görərdim ki, vətəndaş öz avtomobili kimi mənzilini də sığortalatdırsın. Cənab Prezident də müşavirədə bunu qeyd etdi. Son vaxtlar çox sayda yanğınlar, bölgələrdə zəlzələlər qeydə alındı. Bütün bunların maddi yükünün altına dövlət girdi. Yəni bunlar dövlət büdcəsi hesabına həyata keçirildi. Ona görə də sığorta lazımdır. Amma indiki məqamda sığorta şirkətləri qorxutmaq yerinə, məlumatlandırmaq yolunu seçsələr daha yaxşı olar. Çünki ən böyük məsuliyyət sığorta şirkətlərinin üzərinə düşür. Onlar kifayət qədər vəsait xərcləyib mətbuat vasitəsilə insanları məlumatlandırmalıdırlar. Əgər bunu doğrudan da vətəndaş üçün edirlərsə, əvvəl məlumatlandırsınlar, sonra cərimə məsələsini qabartsınlar. Bir çox hallarda avtomobil sığortasında insanların çox böyük əziyyət çəkdiyinin şahidi oluruq. Sığorta şirkətləri düzgün qiymətləndirmə aparmırlar, vətəndaşa çatacaq ödənişi vaxtında vermirlər, süründürməçilik var. Əgər insanlar mənzilini sığortlatdırırsa, arxayın olmalıdır ki, sabah hansısa hadisə olanda sığorta şirkəti onun yanında olacaq”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ombudsmandan cəbhədəki təxribatla bağlı AÇIQLAMA 13 İyul 2020, 09:00 Qocaman jurnalist dünyasını dəyişib 13 İyul 2020, 08:50 Bu ölkədə koronavirusa görə alkaqol satışına qadağa qoyuldu 13 İyul 2020, 08:39 Azərbaycanın görkəmli memarı vəfat edib 13 İyul 2020, 08:37 Türkiyədən qardaş dəstəyi - “Azərbaycanın yanındayıq" 13 İyul 2020, 08:22 Müdafiə Nazirliyi Azərbaycana məxsus PUA-nın vurulduğunu TƏKZİB ETDİ 13 İyul 2020, 08:00 Tovuz təxribatının baiskarı olan erməni general - FOTO 13 İyul 2020, 05:08 “Düşmənin təxribatına qarşı daha sərt cavab tədbirləri görülür” - Müdafiə Nazirliyi 13 İyul 2020, 01:06 Şəhidlərimizin cənazəsi alqışlarla qarşılandı - VİDEO 13 İyul 2020, 00:47 Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib - RƏSMİ 13 İyul 2020, 00:26 Milli Məclisdə benefisiar sahibliklə bağlı müzakirələr aparılmır 13 İyul 2020, 00:24 Motosiklet yolu keçən qadını vurub öldürdü 13 İyul 2020, 00:13 Azərbaycanda reanimasiyada 356 COVİD-19 xəstəsi var - FOTO 12 İyul 2020, 23:53 Gədəbəy sakini əmisini qətlə yetirib - Təfərrüat, YENİLƏNİB 12 İyul 2020, 23:36 Tovuz sakinlərindən ordumuza dəstək - FOTO 12 İyul 2020, 23:07 DSX çayda batan əsgərin yaxınlarını əraziyə aparıb 12 İyul 2020, 22:41 Üç şəhidimizin ad-soyadı AÇIQLANDI 12 İyul 2020, 22:26 Rusiyadan 233 nəfər Vətənə gətirildi - FOTOLAR 12 İyul 2020, 22:23 “Ordumuz düşmənə layiqli cavabını verməli idi və verdi” - Jalə Əliyeva 12 İyul 2020, 22:16 Türkiyədə 5 363 nəfər COVİD-19-un qurbanı oldu 12 İyul 2020, 22:04 Düşmənə sarsıdıcı zərbə endirilib - Nazir müavini 12 İyul 2020, 21:48 Şəhidlərimizdən birinin ad-soyadı açıqlanıb - FOTO 12 İyul 2020, 21:31 Yaponiyada virusa yoluxanların sayı artır 12 İyul 2020, 21:23 “Hər birinizi əmin edirəm ki, düşmənə ağır zərbə vurulub” - Qənirə Paşayeva 12 İyul 2020, 21:09 Bakıda iki dost güllələndi 12 İyul 2020, 20:53 Türkiyədə zəlzələ oldu 12 İyul 2020, 20:41 “Qurban Abbasov” gəmisinin 19 heyət üzvü COVID-19-a yoluxdu 12 İyul 2020, 20:19 AzTV şəhidlərə görə konserti ləğv etdi 12 İyul 2020, 20:14 Sabiq nazirin anası və həyat yoldaşı dünyasını dəyişdi - YENİLƏNİB 12 İyul 2020, 20:03 XİN cəbhədəki vəziyyəti ŞƏRH ETDİ: Düşmən yeni mövqelər ələ keçirmək İSTƏYİB 12 İyul 2020, 19:27 Müdafiə Nazirliyi erməniləri TƏKZİB ETDİ: Ərazi itkisinə yol verilməyib 12 İyul 2020, 18:58 Prezidentin köməkçisindən cəbhədəki vəziyyətlə bağlı AÇIQLAMA 12 İyul 2020, 18:49 Özbəkistanda koronavirusa yoluxanların sayı açıqlandı 12 İyul 2020, 18:05 İndoneziyada koronavirusa yoluxanların sayı 75 min nəfəri ötdü 12 İyul 2020, 17:59  Makkenzi ABŞ-ın ən varlı qadını oldu 12 İyul 2020, 17:49