Modern.az

Xaricdəki azərbaycanlı jurnalistlər – ONLARI XATIRLAYIRSINIZ? - I YAZI

Xaricdəki azərbaycanlı jurnalistlər – ONLARI XATIRLAYIRSINIZ? - I YAZI

14 Yanvar 2020, 13:00

Bu dəfə kəskin qələmi, hədəfə vuran sözü ilə cəmiyyətin sevgisini qazanan peşə sahiblərindən - jurnalistlərdən xəbər var. Amma buradakılardan yox, qürbətdəkilərdən. Xaricə köçəndən sonra peşəsinə davam edən də var, başqa sahəni seçib, bu yolda irəliləyən də.

 

Modern.az xarici ölkələrdə məskunlaşan bəzi jurnalistlərin hazırki fəaliyyəti ilə sizi tanış edir:

 

Keçmiş ANS-çi Qənirə Ataşova övladları ilə birlikdə ABŞ-ın Vaşinqton ştatında yaşayır.

 

bir vaxtlar “Azərbaycanın ən gözəl aparıcısı” kimi tanınan Nigar Mahmudova İstanbulda yaşayır. O, Türkiyədə Azərbaycanın ən böyük media qrupunun açdığı “Haber Global” kanalında redaktor işləyir.

 

ABŞ-ın paytaxtı Vaşinqtonda yaşayan daha bir jurnalistimiz Səxavət Nur isə Real TV-nin Amerika bürosunda çalışır.

 

Xəzər TV-nin Türkiyə təmsilçisi Vüsalə Abbasova. İstanbulda yaşayan jurnalist daha əvvəl ATV və Space TV-nin Türkiyə təmsilçisi olub.

 

ANS-in efirində “Kamerton”, “Xonça”, “Qonaqlıq” verilişləri ilə tanıdığımız Gülnarə Məmmədova. Televiziyadan qəfil ayrılıb, Türkiyəyə köçən aparıcı artıq 5 ildir ki, evdar xanımdır.

 

Keçmiş ANS-çi, məşhur radio və televiziya aparıcısı Aynur Talıbova ABŞ-ın Virciniya ştatında yaşayır. “YouTube”da “Amerika gündəliyi” verilişinin aparıcısıdır.

 

Mirzə Ələkbər Sabirin nəvəsi, həm jurnalistikanı, həm də Azərbaycanı tərk edən Gündüz Tahirli. “Azadlıq” qəzetinin keçmiş baş redaktoru hazırda ABŞ-da yaşayır və bizneslə məşğuldur.

 

2004-cü ildən İsveçə köçüb jurnalistikadan uzaqlaşan, keçmiş Müsavat Partiyası Məclis üzvü Şahnaz Mətləbqızı. Bir vaxtlar “525-ci qəzet” və “Yeni Müsavat” kimi nüfuzlu qəzetlərdə çalışan jurnalist İsveçin Höteborq şəhərində yaşayır, 2 oğlu var.

 

2015-ci ildən ABŞ-ın Miçiqan ştatında yaşayan Elman Eldaroğlunun oradakı soydaşlarımızın uğurlarının mətbuatda işıqlandırılmasında böyük rolu var.

 

Rusiyada yaşayan Şəhriyar İmanbəyli “Vostok” Media Holdinqinin vitse-prezidenti kimi fəaliyyət göstərir.

 

Azərbaycanda bir çox hadisələrlə gündəmdə olan İdrak Abbasov isə hazırda ailəsi ilə birlikdə Norveçdə yaşayır və Norveçin İctimai Teleradiosunda (NRK Telemark) çalışır. Jurnalist Azərbaycanda “Ayna-Zerkalo”, “Bizim yol” kimi nüfuzlu qəzetlərdə işləyib.

 

Əfsanə ŞƏRİF

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub