Modern.az

MSK YAP üzvünün namizədliyini qeydə almaqdan imtina etdi

MSK YAP üzvünün namizədliyini qeydə almaqdan imtina etdi

15 Yanvar 2020, 17:25

Yeni Azərbaycan Partiyasının (YAP) öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürmüş üzvünün namizədliyi qeydə alınmayıb.

 

Modern.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bildirilib ki, namizədliyini 96 saylı Goranboy-Naftalan seçki dairəsindən irəli sürmüş Topçuyev Azər Yusif oğlu öz sənədlərini Dairə Seçki Komissiyasına (DSK) təqdim etməkdən imtina edib.

 

O bildirib ki, dairə seçki komissiyasına inanmadığı üçün sənədlərini DSK-ya təqdim etməyib və daha sonra valideynlərinin iştirakı ilə sənədlərini təqdim edəcəyini bildirib.

 

Lakin valideyinləri gəlsə də, namizəd yenə də sənədlərini təqdim etməyib. Belə olan halda Dairə Seçki Komissiyası tərəfindən onun namizədliyi qeydə alınmayıb. Lakin namizəd sonradan Mərkəzi Seçki Komissiyasına müraciət edərək namizədliyinin qeydə alınmamasından şikayət edib. MSK müraciətə baxaraq namizədin müraciətinin əsassız olduğunu bildirib və DSK-nın qərarını qüvvədə saxlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu