Modern.az

QMİ bəyanat yaydı: Bütün məscidlərdə və dini mərasimlərdə...

QMİ bəyanat yaydı: Bütün məscidlərdə və dini mərasimlərdə...

16 Yanvar 2020, 12:16

Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan bəyanat verib.

 

Modern.az-ın məlumatına görə, bəyanatı Qafqaz Müsəlmanları İdarəsində (QMİ) 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunan tədbirdə QMİ sədrinin müavini Qəmər Cavadlı səsləndirib. 

 

Bəyanatda bildirilir ki, Azərbaycan xalqına qarşı dəhşətli cinayət - tarixi yaddaşımıza dərin hüzn, eyni zamanda, milli qürur və qəhrəmanlıq məktəbi kimi həkk olunmuş Qanlı yanvar faciəsinin 30-cu ildönümü ərəfəsindəyik: "1990-cı ilin 19 yanvarından 20-nə keçən gecə Sovet Ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar günü bütün faciəsinə rəğmən xalqımızın milli müstəqillik, azadlıq uğrunda şəhidliyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzinə çevrildi. 20 Yanvar Azərbaycan xalqını müstəqilliyə, milli-mənəvi və dini dəyərlərin bərpasına aparan yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi oldu. Təpədən dırnağadək silahlanmış ordunun cəza tədbirlərinə məruz qalan xalqımız diz çökmədi, azadlıq əzmini itirmədi, əksinə, haqq səsini daha da yüksəkdən bəyan etdi. Azərbaycanın taleyi, hətta dövləti varlığı şübhə altında olduğu bir vaxtda bu səsi ilk olaraq Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev ucaltdı, siyasi yolunun davamçısı İlham Əliyevlə  birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi.  SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirən, qanlı cinayətin təşkilatçılarını sərt ittiham edən, törədilmiş hadisəni hüquqa, demokratiyaya, humanizmə zidd təxribat kimi səciyyələndirən Heydər Əliyev bu addımı ilə ümummilli lider olaraq Azərbaycanın hələ elan olunmamış müstəqilliyinin ilk tarixi səhifəsini yazdı".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi