Modern.az

Deputatlığa namizəd Eldar Quliyev izdihamlı görüş keçirdi - FOTOLAR

Deputatlığa namizəd Eldar Quliyev izdihamlı görüş keçirdi - FOTOLAR

18 Yanvar 2020, 19:20

Deputatlığa namizəd Eldar Quliyev 28 saylı Sabunçu üçüncü seçki dairəsindən Bilgəh, Nardaran, Maştağa və Zabrat qəsəbələrinin sakinləri ilə görüş keçirib.

 

Modern. az xəbər verir ki, görüş Maştağada qəsəbəsinin Mədəniyyət evində baş tutub.

 

Görüşdə ilk olaraq söz Qafqaz Müsəlmanları İdarəsinin Sabunçu bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Məhəmməd Quliyevə verilib:

 

“Hər birimiz Eldar Quliyevin gördükləri işlərin şahidiyik. Mən bir ruhani kimi deyə bilərəm ki, kimə istəsəm səs verə bilərəm. Ancaq bölgənin gələcək inkişafı naminə Eldar Quliyevə səsimi verirəm. Mən öz tərəfimdən indidən Eldar müəllimi təbrik edirəm.  Arzu edirik ki, Allah növbəti seçki əhval-ruhiyyəsini Eldar Quliyevə yenidən nəsib edər”.

 

Daha sonra Eldar Quliyev Bilgəh, Nardaran, Maştağa və Zabrat sakinlərinin təklif və problemlərini dinləyib. Hətta əksər seçicilər problemlərinin həll edildiklərini dilə gətirərək, Eldar Quliyevə yenidən səs verəcəklərini bildiriblər.

 

Sonda Eldar Quliyev qarşıda duran vəzifələrdən danışıb:

 

"Əziz seçicilərim sizin qarşınızda söz verirəm ki, əgər məni seçsəniz, hər birinizin problemi ilə yaxından tanış olub həll edəcəm. Çünki, mən doğma torpağıma bağlı insanam. Sizin probleminiz, mənim problemim hesab olunur. Çalışacağıq ki, o problemləri vaxtında həll edək".

 

Qeyd edək ki, Eldar Quliyevin görüşündə böyük seçici coşqusu müşahidə olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır