Arxiv
19 Yanvar 2020, 14:06 | ÖLKƏ
Xoşbəxt Yusifzadə 60 illik xəyalına qovuşdu – Elektrik qatarı ilə Pirşağıya… 

Görkəmli neftçi-alim, SOCAR-ın I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə 90 illik yubileyində həyatından danışdığı bir məqam cəmiyyətdə maraqla qarşılanıb:

 

“Neft Daşlarında işləyirdim. Amma xanımım hər gün kənddən şəhərə gedib-gəlirdi, özü də o vaxt yollar Pirşağıda bir kökdəydi. Gördüm bu yazıq lap əziyyət çəkir. İdarə rəisim Bəxtiyar Məmmədovd ərizə yazdım. Dedim ki, Bəxtiyar Mamedoviç, ya Pirşağıya “elektriçka” çəkdir, ya da mənə ev ver. O, da bir az fikirləşib dedi ki, “elektriçka” çəkdirə bilmərəm, amma sənə ev verərəm… O gün cənab İlham Əliyev Pirşağıya “elektriçka” ilə gəldi. Mən gördüm bu “elektriçka”nı, dedim, ay Xoşbəxt, 60 ildən sonra sənin “elektriçkan” gəldi Pirşağıya…”.

 

Modern.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi mərasimdə Xoşbəxt Yusifzadənin nəql etdiyi bu məlumat alqışlarla qarşılanıb.

 

Azərbaycan Dəmir Yolları QSC isə dünən maraqlı təşəbbüsə imza atıb. Akademik Xoşbəxt Yusifzadə 60 il arzusunda olduğu Pirşağı elektrik qatarının sərnişini olaraq Bakı Dəmir Yolu stansiyasından qəsəbəyə gedib.

 

ADY Sərnişindaşıma Departamenti və Mətbuat Katibliyinin rəhbərliyi və əməkdaşlarının müşayəti ilə gerçəkləşən kiçik səyahətdə REAL TV-nin rəhbəri Mirşahin Ağayevin yolboyu X.Yusifzadə ilə söhbəti lentə alınıb. Hazırlanmış müsahibə bu gün axşam REAL TV-də efirə gedəcək. 

 

Xatırladaq ki, ötən ilin dekabrın 2-dən etibarən gün ərzində Bakıdan Pirşağıya və Pirşağıdan Bakıya “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən 8 qatarın hərəkətdə olması təmin edilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyev BMT-nin sessiyasında çıxış etdi - Tam mətn 24 Sentyabr 2021, 06:37 Ağstafada 4 otaqlı ev yandı 24 Sentyabr 2021, 00:52 Daha bir ölkədə vulkan püskürdü 24 Sentyabr 2021, 00:50 ABŞ İsrailin raket sistemləri üçün 1 milyard dollar ayırır 24 Sentyabr 2021, 00:37 Şahmatçılarımız Avropada növbəti dəfə qələbə qazandılar 24 Sentyabr 2021, 00:19 Mediasiya Şurasının geniş iclası keçirildi 24 Sentyabr 2021, 00:08 Qardaşı Mübariz Mənsimovu məhkəməyə verdi 23 Sentyabr 2021, 23:55 Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü - FOTO 23 Sentyabr 2021, 23:40 Rusiyada hərbi helikopter yoxa çıxıb 23 Sentyabr 2021, 23:34 Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə verdi 23 Sentyabr 2021, 23:13 NATO-nun iki hərbi gəmisi Qara dənizə girdi 23 Sentyabr 2021, 22:58 BMT-nin missiya rəhbəri Kabilə qayıtdı 23 Sentyabr 2021, 22:40 XİN başçısı slovakiyalı həmkarı ilə görüşdü 23 Sentyabr 2021, 22:21 Ceyhun Bayramov Baş katiblə müzakirələr aparıb 23 Sentyabr 2021, 22:07 Türkiyə əhalisinin 69%-dən çoxu tam peyvəndlənib 23 Sentyabr 2021, 21:51 Şəhid tabor komandirinin xatirəsi anıldı - FOTOLAR 23 Sentyabr 2021, 21:36 Sabiq partiya sədrinə YAP-ın vəsiqəsi verildi 23 Sentyabr 2021, 21:28 Türkiyəli futbolçu rəsmən “Barselona”da 23 Sentyabr 2021, 21:12 “Azərbaycan Opera İnciləri” filmi təqdim olundu 23 Sentyabr 2021, 21:01 FHN hava ilə bağlı əhaliyə müraciət etdi 23 Sentyabr 2021, 20:48 “ABŞ-la düşmən yox, dost olmaq istəyirik” - Ərdoğan 23 Sentyabr 2021, 20:32 Azərbaycanda ali təhsil almağın QİYMƏTİ - İllik 6500 manat... 23 Sentyabr 2021, 20:18 Sel bəzi rayonları su, qaz və işıqsız qoydu 23 Sentyabr 2021, 20:15 Çimərlik güləşçimiz dünya çempionu oldu 23 Sentyabr 2021, 20:14 Ərdoğan Putinlə görüşdə bu məsələləri müzakirə edəcək 23 Sentyabr 2021, 20:06 Blinken fransalı həmkarı ilə görüşəcək 23 Sentyabr 2021, 19:53 “İğdırdan Naxçıvana dəmir yolu çəkiləcək” - Ərdoğan 23 Sentyabr 2021, 19:39 Ərdoğan: “Paşinyandan müsbət mesajlar alırıq” 23 Sentyabr 2021, 19:27 İƏT nümayəndələri ANAMA-da olub 23 Sentyabr 2021, 19:13 Nizami Gəncəvi Mərkəzinin üzvləri Ərdoğanla görüşdülər 23 Sentyabr 2021, 19:10 Özbəkistan Prezidenti Eldar İbrahimovu təltif etdi 23 Sentyabr 2021, 19:08 Zaqatalada çayda batan kişinin meyiti tapıldı - VİDEO 23 Sentyabr 2021, 18:56 Fərid Qayıbov Azərbaycan Güləş Federasiyasında - FOTOLAR 23 Sentyabr 2021, 18:45 Naxçıvanda şəhid ailələrinə medallar təqdim olundu   23 Sentyabr 2021, 18:36 Həkim: “Böyrək daşını əritmək üçün dərman yoxdur” 23 Sentyabr 2021, 18:24
SORĞU Hansı vaksinə etibar edirsiniz?