Modern.az

“WhatsApp” növbəti dəfə çökdü - PROBLEM HƏLL EDİLDİ

“WhatsApp” növbəti dəfə çökdü - PROBLEM HƏLL EDİLDİ

19 Yanvar 2020, 16:09

Dünyanın ən populyar messencerlərindən biri “WhatsApp”ın növbəti dəfə çökməsi barədə xəbərlər yayılıb. Belə ki, messencerin azərbaycanlı və dünyadakı istifadəçiləri “Whatsapp” üzərindən səs, şəkil, video göndərməkdə çətinlik çəkirlər.

 

Modern.az-ın məlumatına görə, istifadəçilər bununla bağlı digər sosial media hesablarında “Whatsapp çökdü” paylaşımını ediblər.

 

Hələlik Whatsapp səlahiyyətlərinin məsələyə dair açıqlaması yoxdur.

 

Problemə yaxın dəqiqələrdə aydınlıq gətiriləcəyi bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu