Modern.az

Bakıda 54 yaşlı qadın hamamda ölü tapıldı

Bakıda 54 yaşlı qadın hamamda ölü tapıldı

Aktual

21 Yanvar 2020, 12:14

Bakıda qadın dəm qazından boğularaq ölüb.

 

Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi ev 15, mənzil 33-də qeydə alınıb. Həmin ünvanda yaşayan 1966-cı il təvəllüdlü Liliya Çuprikova yaşadığı evin hamamında ölmüş vəziyyətdə aşkarlanıb. Araşdırmalar zamanı qadının dəm qazından boğularaq öldüyü məlum olub.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir