Modern.az

Gülər Əhmədovanın namizədliyi qeydə alınmadı 

Gülər Əhmədovanın namizədliyi qeydə alınmadı 

Aktual

21 Yanvar 2020, 16:31

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 16 saylı Yasamal ikinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürümüş Əhmədova Gülər Mikayıl qızının müraciətinə baxılıb.

 

Modern.az-ın məlumatına görə, müraciətdə G.Əhmədova pozulmuş hüquqlarının bərpası üçün MSK-ya müraciət edib.

 

G.Əhmədova müraciətində qeyd edib ki, imzalar yoxlanılarkən onun prosesdə iştirakı təmin edilməyib və dairə seçki komissiyası (DSK) namizədin təqdim etdiyi imzaların 161-ni etibarsız hesab edib.

 

MSK DSK-nın qərarını qüvvədə saxlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!