Modern.az

Olimpiada qalibləri AÇIQLANDI

Olimpiada qalibləri AÇIQLANDI

22 Yanvar 2020, 10:18

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb.

 

Modern.az xəbər verir ki, respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək şagirdlərin adlı siyahısı ilə www.olimpiada.edu.az  saytından tanış olmaq mümkündür. Şagirdlərin ümumi nəticələri barədə məlumat yerli Təşkilat komitələrinə göndərilib.

 

Olimpiadanın bu mərhələsində 33 784 şagird iştirak edib. Bilik yarışına IX, X, XI, həmçinin xüsusi istedada və hazırlığa malik VIII sinif şagirdləri qatılıblar. Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix və coğrafiya fənləri üzrə keçirilib.

 

Qeyd edək ki, rayon (şəhər) mərhələsində uğur qazanan şagirdlər və ötən tədris ili üzrə beynəlxalq fənn olimpiadalarının qalibləri respublika mərhələsinin yarımfinal turunda iştirak edəcəklər. Növbəti mərhələyə qeydiyyat 5-15 fevral 2020-cu il tarixlərində www.olimpiada.edu.az saytı vasitəsilə həyata keçiriləcək.

 

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,  şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

 

Respublika fənn olimpiadası “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu