Modern.az

Qazaxıstan sərhədçiləri azərbaycanlıları saxladı - Xəzər dənizində

Qazaxıstan sərhədçiləri azərbaycanlıları saxladı - Xəzər dənizində

Aktual

22 Yanvar 2020, 14:54

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti ölkənin ərazi sularında dörd azərbaycanlını saxlayıb.

 

Modern.az xəbər verir ki, insident yanvarın 21-dən 22-ə keçən gecə baş verib: 

 

“Sərbaz” sərhəd gəmisi Xəzərin dəniz hüdudlarında xidmət apararkən radiolokasiya stansiyası ilə hədəf aşkar edib. Sərhədçilər beynəlxalq kanallarla sual göndəriblər, amma hədəf cavab verməyib. Nəticədə “Sərbaz” hədəfə doğru yollanıb”.

 

Məlumata əsasən, dayanmaq tələbinə cavab verməyən qayıq cənub-qərb istiqamətində uzaqlaşıb. Bununla əlaqədar sərhəd gəmisi təqibə başlayıb:

 

“Nəticədə sərhədçilər 1971, 1975, 1978 və 1983-cü il təvəllüdlü dörd Azərbaycan vətəndaşını saxlayıblar. “Qazaxıstan Respublikası dövlət sərhədinin qəsdən qanunsuz keçilməsi” maddəsi ilə ilkin istintaq başlayıb”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir