Arxiv
23 Yanvar 2020, 18:28 | AKTUAL
Azercell-in 4G şəbəkəsi ölkənin ən yüksək keyfiyyətli şəbəkəsi olaraq tanınıb 

Lider mobil operator özünün radiobaza stansiyalarının sayını üç minə çatdırdı.

 

Modern.az xəbər verir ki, 2019-cu il Azercell Telekom üçün şəbəkənin modernləşdirilməsi və təkmilləşdirilməsi, eləcə də, müştəri təcrübəsinin yüksəldilməsi istiqamətində aparılmış genişmiqyaslı təşəbbüslərlə zəngin oldu. Belə ki, 2018-ci ilin noyabrından 2019-cu ilin sonuna qədər Azercell ölkə boyu 4G şəbəkəsinin coğrafi əhatəsini 366% artıraraq əhali əhatəsində 120% yüksəlişə nail olub. Ümumilikdə, daha keyfiyyətli, daha çox tutuma malik və yeni texnologiyaların tətbiqinə hazır şəbəkənin təqdim edilməsi məqsədilə qeyd olunmuş müddət ərzində bütün ölkə üzrə toplam 1617 yeni radiobaza stansiyası quraşdırılıb ki, onların da 1217-ni 4G şəbəkəsi üzərindən çalışan saytlar təşkil edir. Beləliklə, Azercell şirkətinin ümumi stansiya sayı 2956-ya çatdı. Şəbəkə keyfiyyətinin yüksəldilməsi, həmçinin, istifadə həcminin də artmasına şərait yaratdı: Azercell şəbəkələri vasitəsilə ötürülən internet trafikinin həcmi 304% artdı. Xatırladaq ki, “Systemics” Avropa şirkətinin Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testi Azercell-in ölkənin bütün bölgələrində 4G xidmətlərinin ən yüksək keyfiyyət təmin etdiyini təsdiqləyib.

 

Yerli bazarda lider mövqeyini qoruyan Azercell, ölkədə 5G şəbəkəsinin test rejimində istifadəyə verilməsini həyata keçirən ilk operator oldu. Hazırda 8 sayda 5G baza stansiyasını quraşdıraraq, mobil operator paytaxtın mərkəzi - Fəvvarələr Meydanı və Nizami küçəsinin bir hissəsini test rejimində yeni nəsil şəbəkəsi ilə əhatə etdi və yaxın gələcəkdə həmin xidmətin tam şəkildə istifadəsini təmin etmək niyyətindədir. Nəzərinizə çatdırmaq istərdik ki, 5G texnologiyası mobil İnternet təkamülünün növbəti mərhələsi olaraq, müştərilərə tamamilə yeni xidmət səviyyəsi və imkanlar təqdim edir. Belə ki, ən yeni nəsil şəbəkəsi supersürət, inanılmaz minimal gecikmə təminatı ilə birgə, yeni sənaye sahələrinə inkişaf etmiş performans, səmərəlilik və minimuma endirilmiş istehsal xərcləri kimi imkanları bəxş edəcək.   Bundan əlavə, IoT texnologiyalarının (Əşyaların İnterneti) genişləndirilməsi ehtimalını nəzərə alaraq, yeni nəsil şəbəkəsi öz-özünü idarə edən nəqliyyat vasitələri və uzaqdan idarə olunan cərrahiyə prosesini reallığa çevirəcəkdir. 

 

Qeyd edək ki, 5G şəbəkəsinin inkişaf etdirilməsi ilə yanaşı, Azercell 2020-ci ildə də ölkə sakinlərini yüksək keyfiyyətli mobil şəbəkə ilə təmin etmək məqsədilə regionlarda 4G şəbəkəsinin genişləndirilməsini davam etdirəcək. 

 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Baş direktor narazı sakinlərlə GÖRÜŞDÜ - VİDEO 24 Fevral 2020, 12:59 İcra başçısı müşavirə keçirdi 24 Fevral 2020, 12:52 Azərbaycanda 3000-ə yaxın iş yeri AÇILACAQ 24 Fevral 2020, 12:48 İndoneziyada Xocalı soyqırımı ilə bağlı poçt markası nəşr edilib 24 Fevral 2020, 12:46 Qarabağdakı işğalçı ordu döyüşə hazır vəziyyətə gətirildi – Cəbhədə nə baş verir? 24 Fevral 2020, 12:41 İlham Əliyev Ponomaryovu təltif etdi 24 Fevral 2020, 12:38 Əli Əhmədov Prezidentin İtaliya səfərindən yazdı 24 Fevral 2020, 12:33 “Jeep”dən 5 kq-dan artıq narkotika çıxdı - FOTO 24 Fevral 2020, 12:31 Koronavirus qızılı bahalaşdırdı 24 Fevral 2020, 12:28 Nazirlik Bakıda ağac kəsənləri axtarır 24 Fevral 2020, 12:25 BMU ali təhsil müəssisələrinin sərgisində iştirak edib - FOTOLAR 24 Fevral 2020, 12:19 Avropa şirkətlərinin Qarabağdakı qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb -  “AzerGold” sədri 24 Fevral 2020, 12:17 İranda koronavirusdan ölənlərin sayı 12-yə çatdı 24 Fevral 2020, 12:11 Ermənilər Qazax istiqamətindəki döyüş barədə MƏLUMAT YAYDI - VİDEO 24 Fevral 2020, 12:08 MSK-nın ləğv etdiyi dairə və məntəqələr - DAVAM EDƏCƏK? 24 Fevral 2020, 12:05 Azərbaycanın dini icmalarının rəhbərlərindən dünya ictimaiyyətinə MÜRACİƏT 24 Fevral 2020, 12:00 “Filizçay yatağının istismara verilməsi yüzlərlə iş yerinin açılmasına imkan yaradacaq” - Zakir İbrahimov 24 Fevral 2020, 11:55 Vilayət Eyvazovdan Vaqif Əsədovun bölməsinə yeni TƏYİNAT 24 Fevral 2020, 11:50 Martın 1-də IX siniflər üzrə buraxılış imtahanı keçiriləcək 24 Fevral 2020, 11:44 Qızılın satışından 141,9 milyon manat gəlir əldə edilib 24 Fevral 2020, 11:38 İrandan "Sədərək"ə mal gətirilməsi dayandırıldı 24 Fevral 2020, 11:34 “Məqsədimiz beynəlxalq məhkəmələr müstəvisində Xocalının soyqırım kimi tanıdılmasıdır” 24 Fevral 2020, 11:32 Azərbaycan ordusunun əsgəri şəhid oldu - FOTO 24 Fevral 2020, 11:27 Hikmət Hacıyev: “Münhen Təhlükəsizlik Konfransında Ermənistanın yalanları ifşa edildi” 24 Fevral 2020, 11:20 Bakıda yaşayış binasında yanğın olub 24 Fevral 2020, 11:14 Baş infeksionistdən əhaliyə müraciət: İrana getməyin 24 Fevral 2020, 11:09 Səfir Türkiyə-Naxçıvan sərhədinin bağlanmasından DANIŞDI 24 Fevral 2020, 11:03 İnam Kərimov direktoru işdən ÇIXARDI 24 Fevral 2020, 11:01 Los Anceles radiosunda Xocalı həqiqətlərindən danışılıb 24 Fevral 2020, 10:56 Azərbaycan “Böyük Dəbilqə”ni 4 medalla başa vurdu 24 Fevral 2020, 10:50 Prezidentin köməkçisi: Azərbaycan koronavirusla əlaqədar ÜST-ün tövsiyələrini ciddi şəkildə araşdırır 24 Fevral 2020, 10:44 “Məcburi köçkün qadınların ədalət çağırışı müstəsna əhəmiyyətə malikdir” - Ombudsman 24 Fevral 2020, 10:38 Hicran Hüseynovadan BMT-yə ETİRAZ 24 Fevral 2020, 10:32 Bakıda qanlı olay: 83 yaşlı kişi arvadını bıçaqladı 24 Fevral 2020, 10:26 I sinfə qəbul üçün müsahibələr başladı 24 Fevral 2020, 10:20