Arxiv
23 Yanvar 2020, 19:30 |
Ceyhun Məmmədov Şüvəlanda məcburi köçkünlərlə görüşüb - FOTO

 

9 fevral Parlamentə keçiriləcək növbədənkənar seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Ceyhun Valeh oğlu Məmmədov Xəzər rayonu Şüvəlan qəsəbəsi Spartak düşərgəsində Cəbrayıldan olan məcburi köçkünlərlə həyətlərdə söhbətlər aparıb, seçki platforması barədə onları məlumatlandırıb.

 

Modern.az xəbər verir ki, daha sonra YAP Cəbrayıl Rayon Təşkilatının sədri Arif Fərzəliyev, Azərbaycan Texniki Universitetinin professoru Əyyub Kərimov, hüquqşünas Hamlet Məmmədov Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə və seçicilərin iştirakı ilə tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan YAP Cəbrayıl Rayon Təşkilatının sədri Arif Fərzəliyev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi yola nəzər salaraq, xalqa, Vətənə, dövlətçiliyə xidmət edən Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanaraq, dövlətçiliyimizin möhkəmləndirilməsinə və dinamik inkişafına öz töhfələrini verdiyini diqqətə çatdırıb.

 

Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb və Azərbaycan regionun lider dövlətinə çevrilib.

 

A.Fərzəliyev qarşıdan gələn növbədənkənar parlament seçkiləri haqqında danışıb, seçkilərdə YAP tərəfindən ən layiqli namizədlərin irəli sürüldüyünü qeyd edib.

 

Ceyhun Məmmədov seçicilərlə görüş zamanı seçki platforması haqqında geniş məlumat verərək, qanunvericilik fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsinin həlli, təhsil, idman, səyhiyyə, milli-mənəvi dəyərlərin qorunması, gənclərə qayğı və əhalinin məşğullu istiqamətində görəcəyi işlər barədə danışıb.

 

Ceyhun Məmmədov Yeni Azərbaycan Partiyasının qurucusu ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin həyata keçirilməsi nəticəsində ölkəmizdə stabillik və əmin-amanlıq yaradıldığını, dərin islahatlar həyata keçirildiyini, xalqımıza firavan gələcək vəd edən iqtisadi uğurların təməllərinin qoyulduğunu, insan hüquq və azadlıqlarının təmin olunduğunu vurğulayıb.

 

Bildirib ki, bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və özünün yeni bəhrələrini verir.

 

Ceyhun Məmmədov daha sonra vurğulayıb ki, ona göstərilən etimadı doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək. O, ölkənin daha da inkişafı və tərəqqisinə xidmət edən yeni qanunvericilik aktlarının hazırlanmasında iştirak edəcəyini nəzərə çatdırıb. Ölkəmizdə bütün sahələrin yüksələn xətlə inkişaf etdiyini bildirən Ceyhun Məmmədov səhiyyənin daha əlçatan olması, təhsilin səviyyəsinin yüksəldilməsi, gənclərdə elmə, biliyə marağın artırılması istiqamətində çalışacağını vurğulayıb.

 

O, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün imkanlarını səfərbər edəcəyini, Qarabağ həqiqətlərinin dünyada daha geniş təbliğinə çalışaçağını, qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin daha da yüksəldilməsi üçün səy göstərəcəyini, onların evlə təmin olunmaları istiqamətində addımlar atacağını qeyd edib.

 

Ceyhun Məmmədov, həmçinin milli-mənəvi dəyərlərin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması işində, gənclərin milli vətənpərvərlik ruhunda yetişdirilməsində fəal iştirak edəcəyini də vurğulayıb.

 

Daha sonra Azərbaycan Texniki Universitetinin professoru Əyyub Kərimov, hüquqşünas Hamlet Məmmədov, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə Ceyhun Məmmədov haqqında ümumi məlumat verərək, onun fəaliyyətini yüksək qiymətləndiriblər. Görüşdən sonra Ceyhun Məmmədov məhlələlərdə seçicilərlə görüşüb, onları maraqlandıran sualları cavablandırıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə yenə şəhid verdi 29 Fevral 2020, 00:51 Gürcüstanda yenidən zəlzələ oldu 29 Fevral 2020, 00:29 Azərbaycan millisinin yoxlama oyunları ləğv edilə bilər 29 Fevral 2020, 00:16 NATO-dan Türkiyəyə dəstək gəldi 28 Fevral 2020, 23:56 Eldar Mansurov: Babası xanəndə, atası tarzən olan bəstəkar - VİDEO 28 Fevral 2020, 23:55 Metropolitendə koronavirusla bağlı profilaktik dezinfeksiya işi - Foto 28 Fevral 2020, 23:45 Azərbaycandan Gürcüstana gedən şəxs karantinə alındı 28 Fevral 2020, 23:32 Bakıda avtobuslar belə dezinfeksiya edilir - FOTO 28 Fevral 2020, 23:11 Azərbaycanda koronavirusa yoluxan şəxs bu xəstəxanaya yerləşdirildi 28 Fevral 2020, 22:53 Avtobusun qatarla toqquşması 15  can aldı 28 Fevral 2020, 22:35 “Azərbaycan özü və qonşuları üçün enerji təhlükəsizliyini təmin edən ölkədir” - Prezident  28 Fevral 2020, 22:18 Kürdəmirdə zəncirvari yol qəzası 28 Fevral 2020, 21:57 “Azərbaycanın müasir tarixində neft amili həlledici rol oynayıb” - İlham Əliyev 28 Fevral 2020, 21:46 Ərdoğan Trampla son durumu müzakirə etdi 28 Fevral 2020, 21:32 Türkiyə ilə Rusiya arasında danışıqlar yekunlaşdı 28 Fevral 2020, 21:21 “Azərkosmos” dünyanın 20 ölkəsinə xidmət ixrac edir 28 Fevral 2020, 21:06 Fənn olimpiadalarının yarımfinal turunun nəticələri AÇIQLANDI 28 Fevral 2020, 20:51 Gürcüstanda karantinə götürülənlərin sayı 39-a çatdı 28 Fevral 2020, 20:33 Rusiya və ABŞ-ın qərargah rəisləri İdlib hücumunu mazakirə etdi 28 Fevral 2020, 20:17 Parlamentdə 4 nəfər koronavirusa yoluxdu: bütün iclaslar təxirə salındı 28 Fevral 2020, 20:03 Ev heyvanında koronavirus aşkar edildi 28 Fevral 2020, 20:00 Naxçıvan Qarnizonu Qoşunlarında kompleks məşq keçirilib - FOTO - VİDEO 28 Fevral 2020, 19:52 Azərbaycan Misirə başsağlığı verdi 28 Fevral 2020, 19:43 Hökümət koronavirusa görə hüquq mühafizə orqanlarına göstəriş verdi 28 Fevral 2020, 19:34 Koronavirusun 10 yaşından aşağı uşaqlarda öldürücü təsiri yoxdur - AÇIQLAMA 28 Fevral 2020, 19:25 İnam Kərimov Ucarda respublika müşavirəsi keçirdi 28 Fevral 2020, 19:08 “Sərhədlərin bağlanması ilə bağlı ictimaiyyətə məlumat veriləcək” - DSX 28 Fevral 2020, 19:00 ÜST Azərbaycanda koronavirusun aşkarlanması barədə məlumat YAYDI 28 Fevral 2020, 18:54 Dövlət Təhlükəsizliyi Xidmətinin strukturu dəyişdirildi 28 Fevral 2020, 18:48 İranla sərhədin bağlanması istiqamətində danışıqlar aparılır - RƏSMİ 28 Fevral 2020, 18:42 TƏBİB rəsmisi: Belorusiyaya gedən Azərbaycan vətəndaşında koronavirus Bakıda aşkarlanmayıb 28 Fevral 2020, 18:36 TƏBİB-dən Ağdaşda yayılan görüntüyə REAKSİYA: Yorğunluqdan huşunu itirib 28 Fevral 2020, 18:30 Koronavirusa görə 24 saat işləyən “Qaynar xətt” yaradıldı 28 Fevral 2020, 18:24 Qərargah: 38 dərəcə hərarəti olanlar yoxlanmalıdılar 28 Fevral 2020, 18:18 Koronavirusa görə 224 nəfər karantin şəraitində saxlanılır - QƏRARGAH 28 Fevral 2020, 18:12