Modern.az

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-da Azərbaycan xalçalarının sərgisi açılacaq 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-da Azərbaycan xalçalarının sərgisi açılacaq 

Aktual

24 Yanvar 2020, 12:22

Yanvarın 29-da Parisdə UNESKO-nun baş qərargahında “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərgi açılacaq.

 

Modern.az xəbər verir ki, tədbir Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Fransadakı səfirliyi və UNESKO-dakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə keçiriləcək. 

 

Xatırladaq ki, bu sərgi ilk dəfə 2019-cu ildə Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində təqdim olunub. 

 

Azərbaycan xalçaçılığında yeni “Şəki xalçaları” qrupunun yaradılması məqsədi daşıyan layihə çərçivəsində xalçaçı-rəssam, Xalq rəssamı Eldar Mikayılzadənin eskizləri əsasında iki il ərzində müxtəlif xalçalar toxunub. Həmin xalçalarda Şəki Xan Sarayı və Şəkixanovlar evinin ornamentlərindən, Şəkiyə aid motivlərdən istifadə edilib. 

 

Sərgi UNESKO-nun baş qərargahında fevralın 4-dək nümayiş olunacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!