Modern.az

İmişli sakini Goranboyda naməlum şəraitdə ölüb

İmişli sakini Goranboyda naməlum şəraitdə ölüb

Hadisə

26 Yanvar 2020, 20:45

Goranboyun Qaramusalı kəndində ölüm hadisəsi baş verib. 

 

Modern.az-ın APA-ya istinadən məlumatına görə, tanışının evinə qonaq gələn 1981-ci il təvəllüdlü İmişli rayon sakini Zeynalov Rəşid Əliyar oğlu orada müəmmalı şəraitdə ölüb. 

 

İlkin məlumata görə, R.Zeynalov başının arxa hissəsindən aldığı ağır xəsarət nəticəsində dünyasını dəyişib. 

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir