Modern.az

İordaniyanın səfiri BDU-da olub

İordaniyanın səfiri BDU-da olub

Aktual

29 Yanvar 2020, 18:34

Bakı Dövlət Universitetində (BDU) İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasına təyin olunmuş səfiri Sami Abdullah Ğoşeh ilə görüş keçirilib.

 

Modern.az xəbər verir ki, qonağı salamlayan rektor Elçin Babayev BDU-nun beynəlxalq əlaqələrinin genişlənməsindən, o cümlədən İordaniya ilə təhsil və elm sahəsində əməkdaşlıq əlaqələrinin qurulmasına əhəmiyyət verildiyini qeyd edib.

 

Görüşdə Universitetin yeni inkişaf strategiyası - 5.0 haqqında danışan rektor bildirib ki, təhsil, tədqiqat, innovasiya və elmi biliklərin kommersiyalaşdırılması, sosial həyat və beynəlxalq əlaqələrin daha da təkmilləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilir.

 

Səfir Sami Abdullah Ğoşeh də öz növbəsində iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın yeni hədəflərə uyğun olaraq inkişafına dəstək verəcəyini söyləyib, BDU ilə həyata keçiriləcək layihələrdə tərəfdaş olacaqlarını bildirib.

 

Görüşdə qarşılıqlı əlaqələrin genişləndirilməsi, tələbə və müəllim mübadiləsi, birgə tədqiqat işlərinin aparılması, layihələrin hazırlanması kimi məsələlər müzakirə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır