Modern.az

Dünyanı qorxuya salan dəhşətli virus daha bir ölkəyə çatdı

Dünyanı qorxuya salan dəhşətli virus daha bir ölkəyə çatdı

29 Yanvar 2020, 20:22

ABŞ, Avropa və Asiyanın bəzi ölkələrindən sonra Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) də koronavirusa yoluxma halları aşkarlanıb.

Modern.az  xəbər verir ki, bu barədə BƏƏ-nin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, koronavirusa (2019-nCoV) yoluxmuş şəxs artıq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin stabilləşdiyi və həkim nəzarətində olduğu açıqlanıb.

Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 6 minə çatıb, virus səbəbindən ölənlərin sayı isə 132 nəfəri ötüb. Yoluxanların 976 nəfərinin vəziyyəti isə ağırdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir