Modern.az

10 Azərbaycan vətəndaşı Çindən Türkiyəyə gətiriləcək

10 Azərbaycan vətəndaşı Çindən Türkiyəyə gətiriləcək

30 Yanvar 2020, 08:46

Çindən 10 Azərbaycan və 35 Türkiyə vətəndaşı təxliyə ediləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Türikyənin Milli Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Məlumatda bildirilir ki, təxliyə edildikdən sonra Azərbaycan və Türkiyə vətəndaşları Türkiyə ərazisində 14 gün karantin şəraitində saxlanılacaqlar.

 

Qeyd edək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin koronavirusla bağlı sualını cavablandırarkən deyib ki, Çindəki Azərbaycan vətəndaşlarını Türkiyə təxliyə edəcək.

 

"Səhiyyə nazirimizin bu məsələdə açıqlaması belədir ki, bizdə hələki hər hansı təhlükə yoxdur. Amma Çində 25-ə qədər Türkiyə, 10-a qədər də Azərbaycan vətəndaşı var. Onlar geri qayıtmaq istəyirlər. Tədbirlərinizi alın, azərbaycanlı qardaşlarımızı da daxil edin. Karantinə götürərək Türkiyəyə gətirək" - deyə Ərdoğan bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq