Arxiv
14 Fevral 2020, 11:18 | ÖLKƏ
Azərbaycanda 16 pasportlaşmamış avtovağzal bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb - Nuridə Allahyarova

Ölkədə pasportlaşmamış avtovağzallar sərnişinlərin həyatı üçün təhlükəlidir.

 

Modern.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, 16 pasportlaşmamış avtovağzallar mövcuddur:

 

“Avtovağzallar və avtostansiyalar haqqında əsasnamələr mövcuddur və bu əsanaməyə uyğun olaraq Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) ölkədə fəaliyyət göstərən və müstəqil olan avtovağzalların hər birinə rəsmi fəaliyyət göstərmək üçün pasport təqdim edir. Bu sənəd avtobusların dayanması, giriş-çıxış nöqtəsinin təyin olunması və avtovağzal ərazisində olan kassaların qanuni fəaliyyət göstərməsi üçün nəzərdə tutulub. Təbii ki, bu pasportlarda müəyyən kriteriyalar var. Avtovağzallar və avtostansiya kompleksləri həmin o əsasnaməyə uyğun şəkildə, infrastrukturla təmin olunmalı, vətəndaşlar hər cür şərait yaradılmalı, kassadan biletlərin alınması təmin olunmalı və bu kimi bir çox işlər görülməlidir”.

 

N.Allahyarova qeyd edib ki, ölkədəki 56 avtovağzal və avtostansiya kompleksindən 16-sı tərəfimizdən pasportlarla təmin olunmayıb:

 

“Səbəb isə odur ki, həmin avtovağzallar pasportlar əldə etməyiblər. Buna görə də, DANX olaraq biz həmin avtovağzal və avtostansiya komplekslərinə bildiririk ki, əgər onlar bu şəkildə davam edərlərsə, cərimələnəcəklər. İlkin olaraq bu cərimə 1500 manat olacaq, ancaq onlar bilsinlər ki, bununla işlər yekunlaşmayacaq. Cərimədən sonra da, rəsmi sənəd əldə etməsələr, fəaliyyətlərinə xitam veriləcək”.

 

Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, hazırda sözügedən 16 kompleksin 10-unda pasportun təmin olunması ilə bağlı işlər görülür, artıq danışıqlar başlanılıb. Digər 6 avtovağzala isə ciddi xəbərdarlıq olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda 2 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi - RƏSMİ 24 Fevral 2020, 16:28 Apteklərdə maskaların qiyməti QALXDI 24 Fevral 2020, 16:24 Hökümətdən koronavirusla bağlı yeni qərar - Fəaliyyət Planı TƏSDİQLƏNDİ 24 Fevral 2020, 16:20 Həftə sonunun yol terroru: 5 nəfər ölüb 24 Fevral 2020, 16:13 Çin koronavirusun dərmanını tapdı 24 Fevral 2020, 16:07 Prezident İsrafil Qurbanova orden verdi 24 Fevral 2020, 16:01 “Azərbaycanın sərhədyanı rayonları İrandakı koronavirusa görə əziyyət çəkəcək” 24 Fevral 2020, 15:59 Sabir İlyasov “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi 24 Fevral 2020, 15:52 İlham Əliyevdən Artur Rasi-zadə ilə bağlı SƏRƏNCAM 24 Fevral 2020, 15:47 Qondarma rejimin “müdafiə naziri” işdən azad olundu 24 Fevral 2020, 15:44 Prezident deputatla bağlı sərəncam verdi 24 Fevral 2020, 15:42 BMU-da  Beynəlxalq Proqramlaşdırma müsabiqəsinin təsnifat mərhələsi keçirilib - FOTO 24 Fevral 2020, 15:36 Nazirlikdə ictimai dinləmə keçiriləcək 24 Fevral 2020, 15:30 Daha bir ölkədə koronavirus AŞKARLANDI 24 Fevral 2020, 15:25 Şəhidin nəşi Zərdaba yola salınıb - YENİLƏNİB 24 Fevral 2020, 15:18 Azərbaycan cüdoçuları Almaniyada 4 medal qazanıb - FOTO 24 Fevral 2020, 15:14 “Əsgərə salam” futzal turniri başa çatdı - FOTO 24 Fevral 2020, 15:07 Cəlilabadda koronavirusun yayılması xəbəri ilə bağlı - Rəsmi Açıqlama 24 Fevral 2020, 15:00 Naxçıvan Ali Məclisinə sədr seçildi 24 Fevral 2020, 14:53 İrana uçuşlar dayandırılır? - AZAL-dan AÇIQLAMA 24 Fevral 2020, 14:47 Xocalı qurbanları Daşkənddə anıldı 24 Fevral 2020, 14:40 İşdən çıxarılan 7 hakimin adı bəlli oldu - SİYAHI 24 Fevral 2020, 14:34 İnam Kərimov Ucarda, müavinləri Goranboy və İmişlidə qəbul keçirəcək 24 Fevral 2020, 14:28 51 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib 24 Fevral 2020, 14:22 Nazirlər Kabinetinin saytının adı dəyişdi 24 Fevral 2020, 14:15 Gəncədən qaçırılan avtomobil Mingəçevirdə tapıldı - FOTO 24 Fevral 2020, 14:08 Ailənin tək oğlu, Şəhid qardaşı cəbhə bölgəsinə göndərilməsin - TƏKLİF 24 Fevral 2020, 14:02 Fevralın 26-da ilk dərslər Xocalıya həsr olunacaq 24 Fevral 2020, 13:56 Azərbaycandakı zəlzələnin fəsadları – FOTOLAR 24 Fevral 2020, 13:50 Prezident Əli Əsədovu Komissiyanın yeni sədri TƏYİN ETDİ 24 Fevral 2020, 13:37 Əsassız xəbərlər koronavirusdan daha təhlükəlidir - ÜST 24 Fevral 2020, 13:34 Hafiz Hacıyev deyir ki, səhhəti PİSLƏŞİB 24 Fevral 2020, 13:27 Nazirlikdən hava xəbərdarlığı: külək, qar 24 Fevral 2020, 13:21 İlham Əliyevdən Tokio-2020 ilə bağlı SƏRƏNCAM 24 Fevral 2020, 13:17 Sabah hava bu insanlar üçün əlverişsiz olacaq - PROQNOZ 24 Fevral 2020, 13:14