Modern.az

İran Fransa səfirini XİN-ə çağırdı

İran Fransa səfirini XİN-ə çağırdı

Dünya

Bu gün, 21:46

İran Fransanın Tehrandakı səfiri Nikola Roşu Xarici İşlər Nazirliyinə çağırıb.

Modern.az xəbər verir ki, buna səbəb Fransa hüquq-mühafizə qüvvələrinin məktəbli və tələbələrin etiraz aksiyalarına müdaxiləsi olub.

İran tərəfi səfirə etirazını bildirib və Fransa hakimiyyətini nümayişçilərə qarşı zorakılıq tətbiq etməkdə ittiham edib. Tehran aksiyalar zamanı “çoxsaylı və kobud insan hüquqları pozuntularının” qeydə alındığını bəyan edib. 

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai daha əvvəl Fransa təhlükəsizlik qüvvələrinin etirazçılara münasibətini tənqid edərək Paris hakimiyyətini insan hüquqlarına hörmət etməyə çağırmışdı. 

Qeyd edək ki, Fransada sentyabrın ortalarından etibarən məktəblilər və tələbələrin etirazları genişlənib. Aksiyalarda təhsilin maliyyələşdirilməsi, məktəblərdə şərait və müəllim çatışmazlığı kimi məsələlər qaldırılır. Etirazlar zamanı polis və nümayişçilər arasında qarşıdurmalar, çoxsaylı saxlanılmalar və xəsarət alanlar qeydə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıya hücumlar artır - Türkiyə nəyi gözləyir?