Modern.az

Maliyyə Nazirliyi 3 qurumdakı yoxlamaların nəticələrini prokurorluğa göndərdi - RƏSMİ  

Maliyyə Nazirliyi 3 qurumdakı yoxlamaların nəticələrini prokurorluğa göndərdi - RƏSMİ  

İqtisadiyyat

18 Fevral 2020, 10:04

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2019-cu ildə aparılmış nəzarət tədbirlərinin nəticələri haqqında məlumat açıqlayıb.

 

Maliyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2019-cu il üçün təsdiq olunmuş İş Planına uyğun olaraq Xidmətin mərkəzi aparatı tərəfindən ötən il 13 büdcə təşkilatına və nəzarət zərfi dövlətə məxsus bir səhmdar cəmiyyətinə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb:

 

“4 büdcə təşkilatının maliyyə-təsərrüfat fəaliyyəti təftiş edilib. Eləcə də regional maliyyə müfəttişlikləri tərəfindən bir neçə şəhər və rayonlarda fəaliyyət göstərən büdcə təşkilatlarına ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi üzrə nəzarət tədbirləri həyata keçirilib. Aparılan nəzarət tədbirləri ilə aşkar olunan 26291,9 min manat məbləğində artıq və əsassız ödənişlərin 14964,9 min manatının yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib.

 

Hesabat dövründə Xidmətin mütəxəssisləri tərəfindən aidiyyəti hüquq mühafizə orqanlarının müraciətlərinə və məhkəmə qərarlarına əsasən 13 təşkilatda aparılan yoxlama ilə 3523,2 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar olunaraq (3295,9 min manatı bərpa edilib) yoxlama materialları müvafiq qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə təqdim olunub.
Vətəndaş müraciətlərinə əsasən isə Xidmətin əməkdaşları tərəfindən 20 qurumda zəruri araşdırmalar aparılıb, cəmi 7,1 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunaraq (3,5 min manatı bərpa edilib) aparılmış yoxlamaların nəticələri üzrə tərtib edilən sənədlər müvafiq tədbirlər görülməsi üçün prokurorluq orqanlarına göndərilib”.


“Yoxlamalar zamanı büdcə təşkilatlarında nöqsanlara yol verən vəzifəli şəxslər barəsində müvafiq protokollar tərtib edilərək İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 73 nəfər vəzifəli şəxsə 66,2 min manat məbləğində cərimələr tətbiq olunub və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib, aşkar edilən 43,0 min manat məbləğində artıq və əsassız ödənişlərlə əlaqədar (32,7 min manatı bərpa edilib) 3 qurum üzrə yoxlamaların nəticələrinə dair tərtib edilmiş sənədlər vəzifəli şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması üçün qərar qəbul edilməsi məqsədilə aidiyyəti üzrə prokurorluq orqanlarına göndərilib.

 

Ümumilikdə, 2019-cu ildə aparılan bütün nəzarət tədbirləri ilə aşkar olunan 29822,2 min manat məbləğində artıq və əsassız ödənişlərin 18264,2 min manatının yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib”,-deyə rəsmi məlumatda qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü