Modern.az

Bakıda yanan evdən qadın meyiti tapıldı

Bakıda yanan evdən qadın meyiti tapıldı

Aktual

18 Fevral 2020, 10:58

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 15 m² olan dəmir köşkün içərisində ev əşyaları, bitişik, ümumi sahəsi 10 m² olan taxta konstruksiyalardan ibarət köməkçi tikili və ümumi sahəsi 100 m² olan birmərtəbəli evin taxtadan ibarət pəncərəsi yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı köşkün içərisində 1968-ci il təvəllüdlü Cəfərova Dilarə Nəbi qızının meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır