Modern.az

Bakıda qanlı olay - İki xalaoğlu bıçaqlandı

Bakıda qanlı olay - İki xalaoğlu bıçaqlandı

Aktual

20 Fevral 2020, 10:50

Bakıda iki nəfərin bıçaqlanması hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə fevralın 19-da, saat 20:00 radələrində, Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb.

 

Belə ki, İsmayıllı rayon sakini, 1996-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Şafiq Talıbov döş qəfəsindən və onun xalası oğlu, Göyçay rayon sakini, 1978-ci il təvəllüdlü Rahim Məmmədov isə kürək nahiyyəsindən bıçaqlanıb. Hər iki şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

 

Səhhətləri ilə əlaqədar onların dindirliməsi mümkün olmayıb.

 

Faktla bağlı Binqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin zərərçəkmişlərlə bir yerdə işləyən Baxış adlı şəxsin olması müəyyən olunub.

 

Həmin şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı