Modern.az

Erkin Qədirlinin şikayəti təmin olunmadı

Erkin Qədirlinin şikayəti təmin olunmadı

Aktual

25 Fevral 2020, 19:20

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 16 saylı Yasamal ikinci seçki dairəsi ilə bağlı daxil olan müraciətə baxılıb.

 

Modern.az-ın məlumatına görə, həmin dairədən lider namzəd Erkin Qədirli MSK-ya müraciət edərək həmin dairə üzrə 8 (1, 4, 11, 13, 21, 27, 28, 29) məntəqədə səsvermənin nəticələrinin düzgün hesablanmadığını iddia edib.

MSK katibi Arifə Muxtarova bildirib ki, müraciət MSK tərəfindən araşdırlıb və müraciətin əsassız olduğu məyyən edilib. A.Muxtarova müraciətin təmin edilməməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi