Modern.az

İsgəndər Həmidov xanımının yanında dəfn olunacaq

İsgəndər Həmidov xanımının yanında dəfn olunacaq

26 Fevral 2020, 10:45

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Azadlıq Hərəkatının görkəmli nümayəndələrindən biri, keçmiş Daxili İşlər naziri İsgəndər Həmidov vəfat edib. 

 

Modern.az saytı mərhumun harada dəfn olunacağını öyrənməyə çalışıb.

 

İsgəndər Həmidovun qardaşı oğlu Şəhriyar Məcidzadə saytımıza açıqlamasında deyib ki, əmisi həyat yoldaşının yanında dəfn olunacaq:

 

"Saat 11-də Göy məsciddə vida mərasimi olacaq. Sulutəpədə xanımı dəfn olunan yerdə torpağa veriləcək. Mərasim Badamdarda "Bəy oğlu"nun yanındakı mərasim zalında olacaq".

 

Qeyd edək ki, yanvar ayının 24-də İsgəndər Həmidovun halı qəflətən pisləşib və o, huşunu itirib. Əvvəlcə Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən İ.Həmidov sonradan “Bakı City Hospital”a köçürülmüşdü.

 

Xatırladaq ki, İ.Həmidov 1948-ci ilin oktyabrın 4-də Kəlbəcər rayonunda anadan olub. 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsində çalışıb. 

 

Allah rəhmət eləsin!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir