Modern.az

“Yuventus” və “Real” məğlub oldu - Çempionlar Liqası

“Yuventus” və “Real” məğlub oldu - Çempionlar Liqası

Aktual

27 Fevral 2020, 09:40

Ötən gecə Çempionlar Liqasının səkkizdəbir final mərhələsi çərçivəsində daha iki oyun keçirilib.

 

Modern.az xəbər verir ki, Fransanın "Lion" klubu öz meydanında İtaliyanın "Yuventus" klubunu qəbul edib. Oyun meydan sahibinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Oyunda yeganə qolu 31-ci dəqiqədə Tuzar vurub.

 

Digər oyunda İspaniyanın "Real Madrid" klubu İngiltərənin "Mançester Siti" klubunu qəbul edib. Matç qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Oyunda qolları İsko (60-cı dəqiqə), Qabriel Jesus (78-ci dəqiqə) və Kevin De Brüyne (83-cü dəqiqə, penalti) vurublar.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü