Modern.az

Türk Hava Yollarının Naxçıvana uçuşları dayandırmasının SƏBƏBİ - deputat açıqladı

Türk Hava Yollarının Naxçıvana uçuşları dayandırmasının SƏBƏBİ - deputat açıqladı

27 Fevral 2020, 17:32

“Türk Hava Yolları Naxçıvan Muxtar Respublikasına uçuşları dayandırmasına səbəb orada dezinfeksiya işlərinin aparılması ilə əlaqədar olub. Hazırda hər iki istiqamətdə uçuşlar həyata keçirilir”.

 

Bunu Modern.az-a parlamentdə Culfa-Babək seçki dairəsini təmsil edən Ülviyyə Həmzəyeva bildirib.

 

Deputat qeyd edib ki, hazırda Naxçıvan gömrüyü açıqdır:

 

“Bizim vətəndaşlarımız rahat şəkildə Türkiyəyə gedib-gələ bilirlər. Sadəcə son 15 gün ərzində İranda olan vətəndaşlar Azərbaycandan Türkiyəyə buraxılmır. Türk Hava Yollarının bağlanması şayiə xarakterli məlumatlardır, vətəndaşlar narahat olmasınlar”.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi