Modern.az

Pənah Hüseyn Prezident Administrasiyasındakı görüşdə 4 partiyanı təmsil edib

Pənah Hüseyn Prezident Administrasiyasındakı görüşdə 4 partiyanı təmsil edib

27 Fevral 2020, 17:50

 

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn sosial şəbəkə hesabında bu gün Prezident Administrasiyasında görüşə çağırıldığını qeyd edib. 

 

O, Administrasiyanın siyasi partiyalar və qanunverici hakimiyyətlə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə müzakirə aparıldığını vurğulayıb. Həmçinin partiya sədri bildirib ki, görüş bir neçə siyasi partiya ilə birgə siyasi partiya və dövlət münasibətləri, ofis və s. məsələlərlə əlaqədar əvvəllər etdikləri müraciətlə bağlı olub.

 

Modern.az görüşün detalları haqqında məlumat almaq üçün Pənah Hüseynin özü ilə əlaqə saxlayıb.

 

AXP sədri diqqətə çatdırıb ki, görüşdə tək olub:

 

“Sadəcə olaraq, həmin qeyd etdiyim müraciəti bir neçə ay əvvəl Azərbaycan Milli İstiqlal Partiyası, Ağ Partiya və Böyük Azərbaycan Partiyası adından ünvanlamışdıq. Həmin partiyaların da bu görüş haqqında məlumatı var”.

 

P. Hüseyn görüşün nəticəsi haqqında isə heç bir açıqlama verməyib:

 

“Kifayət qədər aydın qeyd etmişəm ki, görüş oldu. Amma nəticəsi olsa, bu haqda məlumat yazacam”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi