Modern.az

Paşinyanın “Qarabağ Azərbaycanındır” deməsi Niderlandda erməniləri çaşdırdı

Paşinyanın “Qarabağ Azərbaycanındır” deməsi Niderlandda erməniləri çaşdırdı

29 Fevral 2020, 14:44

Niderlandın diplomatik paytaxtında hesab olunan Haaqada, tanınmamış "Dağlıq Qarabağ Respublikası" tərəfindən terrorçu rejimi dəstəkləyən erməni əsilli bir qrup şəxs, Azərbaycanın Hollandiyadakı səfirliyi qarşısında piket keçirməyə cəhd göstərib.

Lakin onlar bu ölkədəki diaporumuzdan layiqli cavab alıb.

 

Modern.az-ın məlumatına görə, cavab Avropa Azərbaycanlıları Media Qrupu, Belçika və Niderland Azərbaycanlılarının Koordinasiya Şurası, Niderlandda təhsil alan tələbələr və digər soydaşlarımız tərəfindən təşkil edilib.

 

10 metr uzunluğundakı Azərbaycan bayrağı ermənilərin gözlərinin qarşısında qaldırılıb, sonra səsgücləndirici vasitəsi ilə Paşinyanın Dağlıq Qarabağın Azərbaycana aid olması barədə Münhen Sülh Forumunda dediyi fikirlər səsləndirilib.

 

Bunu gözləməyən ermənilər yaranmış vəziyyətdən tam çaşqın duruma düşüblər.

Onlar 20 dəqiqədən sonra səfirliyin qarşısından uzaqlaşdırılıblar.

Mitinqin təşkilatçısı, "Avropa Azərbaycanlıları Media Qrupu" təşkilatının sədri və "Belçika və Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının"nın əlaqələndiricisi Emil Əliyev Modern.az-a bildirib ki, ermənilər səfirliyimiz qarşısında yenidən aksiya keçirmək iddiasında olsalar, hər dəfə belə vəziyyətlə qarşılacaqlar və rəzi olacaqlar.

 

“Onlar bilməlidirlər ki, Niderlandda hər vaxr Azərbaycanın maraqlarını qoruyacaq qüvvələr var”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır