Arxiv
11 mart 2020, 11:24 | MEDİA
Azərbaycanda bu jurnalistləri cəza gözləyir - HÜQUQŞÜNASLAR DANIŞIR

Son zamanlar bəzi internet resursları, xüsusilə də İnternet TV-lər jurnalistikanın təməl prinsiplərinə nəinki əməl edir, əksinə, bütün prinsipləri ayaqlar altına atır, insanların şərəf  və ləyaqətini alçaldır, onların işgüzar nüfuzuna zərbə vururlar.

 

Belələri “qara əməl”lərini ört-basdır etməkdən ötrü özlərini cəmiyyətə “millət fədaisi” kimi təqdim edərək guya xalq üçün çalışdıqlarını bağırırlar. İnsanlara şər, böhtan atan belələri öncə çamurlarını internet rerusrları vasitəsilə yayımlayırlar.

 

Üstündən günlər keçdikdən sonra qarşı tərəfin mövqeyini öyrənmək yada düşür. Əslində isə bütün bunları bilərəkdən edirlər.

 

Dediklərimizə bariz nümunə, Əvəz Zeynallı və Zaur Qəriboğludur. Bu adamlar tanıdı, tanımadı, kim gəldi şərləyirlər.

 

Bu addımları ilə yalnız jurnalistikaya zərbə vurmurlar, başları üzərinə “jurnalist” çətiri çəkərək hüququn aliliyini də şübhə altına salırlar. Bu hərəkətləri ilə Jurnalistin peşə etikasına hörmətsizlik edir, jurnalist peşəsinin müqəddəsliyinə təcavüz etmiş olurlar.

 

Hüquqşünaslar isə iddia edirlər ki, bunların əməllərində cinayət əlamətləri var və  belələri mütləq cinayət məsuliyyətinə cəlb edilməlidirlər.

 

 

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, sabiq millət vəkili, tanınmış hüquqşünas Əliməmməd Nuriyev qanunvericiliyə əsasən dəqiqləşdirilməmiş, şəxsin şərəf və ləyaqətini, işgüzar nüfuzunu aşağılayan, birtərəfli şəkildə mövqe sərgiləyən, dezinformasiya yayan Kütləvi İnformasiya Vasitələrinin məsuliyyət daşıdığını, bunun üçün cinayət məsuliyyətinə cəlb olunmasının vacibliyini bildirib:

 

““Kütləvi informasiyalar haqqında” qanunun 10-cu maddəsində də göstərilir ki, yoxlanılmayan məlumatların yayımlanmasına görə KİV və onun rəhbəri məsuliyyət daşıyır. Eyni zamanda “inzibati xətalar məcəlləsi”nin 188-ci maddəsinə əsasən burada jurnalistin məsuliyyət məsələsi nəzərdə tutulur.

 

Digər tərəfdən, söz və ifadə azadlığının əsas prinsiplərindən biri də odur ki, balanslı, ədalətli yanaşma kimi qarşı tərəfin də fikri yazıda yayımlansın. Əgər hər hansı bir şəxs haqqında açıq-aşkar yalan məlumatlar yayımlanırsa və bu məlumatın həqiqi olmadığını yazı müəllifi və media orqanı bilirək qarşı tərəfin fikrini almırsa, bu qanuna ziddir. Bundan sonra qarşı tərəfin mövqeyini soruşmaq gecdir və bu, həmin KİV-i, redktoru məsiliyyətdən azad edə bilməz. Belə olan halda əks tərəf “KİV haqqında” Qanunun 147 və 148-ci maddələrinə əsasən, böhtan və təhqirə görə, şərəf və ləyaqətin müdafiəsi ilə bağlı məsuliyyətə cəlb edilmə məsələləsinə əsasən məhkəmədə məsələ qaldıra bilər. KİV-ə hansı cəzanın verilməsi isə artıq məhkəmə qərarından aslıdır”.

 

Ə.Nuriyev məsələnin məhkəməyə təqdim olunana qədər tərəflər arasında həll oluna biləcəyini də vurğulayıb:

 

“Qanuna əsasən məsələ məhkəməyə gedənə qədər də tərəflər razılaşa bilər. Burda isə əsas məqam  ondan ibarətdir ki, mütləq şəkildə təkzib verilsin. Amma bütün hallarda haqqında yalan məlumat getmiş şəxs zərərçəkmiş hesab olunur. Buna görə də KİV maksimum dərəcədə çalışmalıdır ki, belə yalnışlara yol verməsin. Əgər KİV-də mütəmadi olaraq belə yalan məlumatlar gedirsə, bu onun imicinə də ziyan gətirər və o media orqanına qarşı inam itir.

 

Bütövlükdə jurnalistika üçün bir qayda var ki, balanslı yanaşma olmalı və tərəflərin mövqeyi nəzərə alınmalıdır”.

 

Media eksperti Ələsgər Məmmədli jurnalistin tərəf yox, vasitəçi olduğunu nəzərə çatdıraraq, iki tərəfin də mövqeyinin eyni anda yayımlanmasının zəruriliyini bildirib:

 

“Etik davranış qaydaları var ki, bunlardan biri də tərəflərin balanslı şəkildə mövqelərinin verilməsidir. Əgər ikitərəfli məqam varsa, tərəflərin hər ikisinə eyni məqamda şərait yaratmaq artıq etik məsuliyyətdir. Bəzən rəsmi açıqlamalar olur və ona mövqe bildirmək lazım gəlir. Orada birinci tərəf açıqlamanı vermiş olduğu üçün qarşı tərəfin də münasibətinin verilməsi normal haldır. Amma konkret situsaiyadan söhbət gedirsə, jurnalist hər iki tərəflə əlaqə saxlamağa mütləq şəkildə cəhd etməlidir.

 

Əgər tərəflərdən biri danışmazsa, o zaman jurnalist yazıda bunu göstərməklə bir tərəfin fikrini verə bilər. Elə hal da olur ki, ikinci tərəflə jurnalist əlaqə saxlaya bimir. Əgər məsələ çox önəmlidirsə və ictimai əhəmiyyəti varsa, mətbu orqan yazıda qarşı tərəfin daha sonra mövqe bildirmək şansını saxlamaq şərti ilə materialı yayımlaya bilər.

 

Bəzi jurnalistlər operativliyi önə çəkib tək tərəfin mövqeyini yayır, amma qarşı tərəfə cavab haqqı vermir. Lakin düzgün variant odur ki, jurnalist tərəflərin hər ikisinə cavab haqqı verməklə məlumatı yayımlasın. Qarşı tərəf rəsmi orqan olarsa, jurnalistə maksimum 24 saat ərzində cavab verməlidir. Əgər bu müddət ərzində rəsmi orqan cavab vermirsə, o zaman tək bir nəfərin də mövqeyi işıqlandırıla bilər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident və birinci xanım Şamaxıda Pirsaat Baba ZİYARƏTGAHINDA 25 May 2020, 17:00 İlham Əliyev Şamaxıda TAPŞIRIQ VERDİ 25 May 2020, 16:54 Türk dünyasının tarixini, milli irsini tanıdan AKADEMİYA 25 May 2020, 16:49 Votsapda 17 kq narkotik satmaq istəyən qardaşlar saxlanıldı 25 May 2020, 16:41 Bakı-Naxçıvan aviareysinin açılmasına ehtiyac var - İsa Həbibbəyli 25 May 2020, 16:31 İstanbul körpüləri Azərbaycan bayrağının rənglərilə işıqlandırılacaq 25 May 2020, 16:23 “Türk Şurası əlaqələrimizin inkişafına təkan verəcək” - Macarıstan Prezidenti 25 May 2020, 16:17 “Şollerin arxivi” filimi ABŞ-da Qranta laiq görüldü 25 May 2020, 16:15 Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü 25 May 2020, 16:06 Prezident Şamaxıya getdi - FOTO 25 May 2020, 16:02 Beynəlxalq Türk Akademiyası - 10 25 May 2020, 15:59 Şamaxının icra başçısından koronavirus AÇIQLAMASI 25 May 2020, 15:56 Ət və ət məhsullarının faydası və zərərli xüsusiyyətləri 25 May 2020, 15:47 Bu ölkədə 2 mindən çox hamilə koronavirusa yoluxub 25 May 2020, 15:39 İcra başçısının müavini koronavirusa yoluxdu 25 May 2020, 15:26 Şamaxıda kran aşdı - Ölən var - YENİLƏNİB 25 May 2020, 15:25 Dövlət başçıları İlham Əliyevi təbrik etdilər 25 May 2020, 15:17 “Qardaş xalqlarımız arasında əməkdaşlıq bundan sonra da möhkəmlənəcək” - Berdiməhəmmədov 25 May 2020, 15:09 Sabahın TELEDƏRSİ 25 May 2020, 14:59 “Bəzən pul hər şey demək deyil” - Brankadan Messi açıqlaması 25 May 2020, 14:45 Prezident açıqladı: “Koronavirusa uğurla qalib gəldik” 25 May 2020, 14:34 Biləsuvarda narkotacirlər saxlanıldı - FOTO 25 May 2020, 14:29 İranda koronavirusa yoluxmalar azalmaq bilmir 25 May 2020, 14:14 Yaponiyada fövqəladə vəziyyət rejimi ləğv edildi 25 May 2020, 13:59 “Ermənistan həqiqəti başa düşərsə, ədalətli sülhə yaxınlaşacağıq” 25 May 2020, 13:49 İlham Əliyev Zurabişviliyə məktub göndərdi 25 May 2020, 13:34 Şamaxının icra başçısı karantinə alındı 25 May 2020, 13:20 Sabahın HAVA PROQNOZU - Külək, yağış, dolu... 25 May 2020, 13:12 Türkiyədə terror aktının qarşısı alındı 25 May 2020, 13:06 Bakıda silahlı narkotacir SAXLANILDI   25 May 2020, 12:57 Gəncədə avtoxuliqan həbs edildi - FOTO 25 May 2020, 12:50 Rusiyada koronavirusa yoluxanların sayı 350 mini ötdü 25 May 2020, 12:40 Karantini pozan “Kəlbəcər” restoranında 32 nəfər saxlanıldı - FOTO 25 May 2020, 12:30 Mingəçevirdə 13 nəfəri vuran qadına cinayət işi açıldı 25 May 2020, 12:23 Şəkidə “Xaş-xaş” əməliyyatı - 1 ton narkotik məhv edildi 25 May 2020, 12:15