Modern.az

Daha bir Böyük Vətən Müharibəsi veteranı vəfat etdi

Daha bir Böyük Vətən Müharibəsi veteranı vəfat etdi

Allah rəhmət eləsi̇n

16 Mart 2020, 14:00

Modern.az-ın xəbərinə görə martın 15-də Böyük Vətən Müharibəsi veteranı, Lerik rayonunda anadan olan 1925-ci il təvəllüdlü Paşayev Daşdəmir 95 yaşında vəfat edib.

 

Daşdəmir Mirkazım oğlu Paşayev 10 may 1925-ci ildə Lerik rayonunda dünyaya gəlib. 1943-cü ildə ordu sıralarına çağırılaraq Böyük Vətən Müharibəsində iştirak edib. Müharibə illərində Belarus və Litva ərazisində döyüşlərdə iştirak edib, ağır yaralanıb.

 

1949-cu ildə Lerik rayonu milis şöbəsinin pasport qeydiyyatçısı vəzifəsində çalışmağa başlayıb. 1951-ci ildə Bakı Milis Məktəbinə daxil olub.

 

Təhsilini bitirdikdən sonra Lerik Milis Şöbəsində pasport masa rəisi, sonrakı illərdə isə baş əməliyyat müvəkkili və rəsi müavini vəzifələrinə kimi yüksəlib. 1984-cü ildə təqaüdə çıxan Daşdəmir Paşayev sonrakı illərdə də rayonun ictimai həyatında aktiv şəkildə iştirak edib.

 

Müxtəlif illərdə nəşr olunan Lerik polisinin tarixinə, özünün xidməti yoluna və rayonun tarixinə həsr olunan kitabların müəllifidir.

 

Böyük Vətən Müharibəsinə Azərbaycandan 720 min nəfərdən çox insan cəlb edilib. Onlardan 320 mindən çoxu vətən uğrunda gedən savaşda qəhrəmancasına həlak olub.

 

Göstərdiyi qəhrəmanlıqlara görə 128 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

 

Hazırda İkinci Dünya müharibəsi iştirakçılarından 431 nəfəri müharibə əlili kimi, 332 nəfəri isə müharibə iştirakçısı kimi Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin olunur.

 

Allah rəhmət eləsin!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü