Modern.az

\"Evdə qal, cəmiyyəti qoru\" -  QHT rəhbərləri əhalini bilgiləndirir

\

27 Mart 2020, 22:38

Martın 27-dən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası REAL TV ilə birlikdə koronavirusun yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə "Evdə qal, cəmiyyəti qoru" adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına başlayıb.

 

Şuradan Modern.az-a verilən məlumata görə, QHT rəhbərləri "Evdə qal, cəmiyyəti qoru" adlı ictimai monitorinq və məlumatlandırma kampaniyası çərçivəsində paytaxtın Nizami və Xətai rayonlarında olublar.

Bu gün MQF-nin prezidenti Rauf Zeyni və Respublika Qadınlar Cəmiyyətinin sədr müavini Vefa Abbasova paytaxtın Xətai və Nizami rayonlarında olaraq monitorinq aparıblar, eyni zamanda əhaliyə karantin qaydalarına ciddi şəkildə əməl etməyin vacibliyini çatdırıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi