Modern.az

Birinci sinfin rus bölməsi üçün müsahibələr təxirə salındı

Birinci sinfin rus bölməsi üçün müsahibələr təxirə salındı

28 Mart 2020, 14:59

Birinci sinfə qəbul prosesində tədris digər dildə aparılan bölmə üzrə uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə aprel ayında təşkili nəzərdə tutulan müsahibələr təxirə salınıb. 

 

Modern.az-ın məlumatına görə, müsahibənin keçiriləcəyi tarix və qaydalar barədə valideynlərə sms vasitəsilə məlumat veriləcək. Eyni zamanda bu məlumatlar şəxsi kabinetdə öz əksini tapacaq.

 

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Birinci sinfə elektron qeydiyyat prosesinə martın 10-dan start verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi