Modern.az

Sabahdan koronavirusa yoluxan xəstələr “Yeni klinika”da müalicə alacaqlar

Sabahdan koronavirusa yoluxan xəstələr “Yeni klinika”da müalicə alacaqlar

28 Mart 2020, 17:11

Bu gün Bakıda açılışı olan “Yeni klinika” tibb müəssisəsində müvəqqəti olaraq sabahdan etibarən koronavirusa yoluxan və ağır simptomları olan xəstələr müalicə alacaqlar.

 

Modern.az-ın məlumatına görə, bu barədə tibb müəssisəsinin açılışında bildirilib. Qeyd olunub ki, tibb ocağı 575 çarpayılıqdır. Xəstəxanada 1500-dən artıq həkim və tibbi heyət çalışacaq.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi