Arxiv
1 Aprel 2020, 19:37 | AKTUAL
ÜST-ün Baş direktorundan İlham Əliyevə: Azərbaycan müsbət bir nümunədir

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesus Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və digər ölkələrin liderlərinə səmimi məktub ünvanlayıb.

 

Modern.az xəbər verir ki, ÜST Baş katibi COVID-19 pandemiyasının təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin yürütdüyü siyasəti və atılan addımları təqdir edir.

 

T.Qebreyesus beynəlxalq ictimaiyyətə müraciət edərək bir sıra fundamental addımların həyata keçirilməsini xahiş edir.

 

"Bu addımlar arasında dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi; ictimai toplantıların dayandırılması; test, izolyasiya və karantinin həyata keçirilməsi üçün dövlət qurumlarının yeni şəraitə uyğunlaşdırılması; səhiyyə qurumlarının və ön sırada olan işçilərin müvafiq resurslarla təmin edilməsi; əhaliyə bu xəstəliyin ciddiliyinin izah olunması; əl gigiyenası, öskürək etiketi və sosial məsafənin vacibliyinin izah edilməsi; bütün şübhəlilərin təcrid edilməsi; pandemiyadan ən çox zərər çəkmiş insanlara iqtisadi yardımın göstərilməsi; dövlətlər arasında həmrəyliyin gücləndirilməsi; yoluxma halları və nəzarət tədbirləri barədə ÜST ilə operativ şəkildə informasiyanın paylaşılması və digərləri yer alıb.

 

Bu xüsusda vurğulanmalıdır ki, səhiyyə sahəsində ən böyük qurum hesab olunan ÜST-ün təklifləri bu günə qədər Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Məktubda təklif edilən addımların artıq uzun müddətdir ki, Azərbaycanda tətbiq olunması bir daha koronavirusa qarşı ölkəmizdə aparılan mübarizənin düzgünlüyünü təsdiq edir. Bu mənada, Azərbaycanda həyata keçirilən siyasət bir sıra ölkələr üçün nümunə ola bilər.

     

Azərbaycan infeksiyanın yayılmasına qarşı olduqca çevik reaksiya verib. Nazirlər Kabineti yanında operativ qərargah yaradılmış, dövlət qurumları arasında əlaqələndirmə təmin edilmiş, infeksiyadan qorunmaq üçün əhaliyə sosial məsafə kimi tədbirlərin önəmi geniş izah edilmiş, quru sərhədləri bağlanmış, aviareyslərin sayı kəskin azaldılmış, məktəblər, uşaq bağçaları, ali məktəblər bağlanıb, məhdudlaşdırıcı qaydalar qüvvəyə minmiş, karantin rejimi tətbiq olunub. Xaricdən qayıdan çoxslu sayda insan karantinə alınıb. Ölkə üzrə 10-dan çox xəstəxana koronavirus xəstələrinin sərəncamına verilib.

 

COVID-19 xəstəliyinini iqtisadi-sosial fəsadlarının azaldılması məqsədilə dövlət başçısının sərəncamı ilə 1 milyard manat məbləğində maliyyə vəsaiti ayrılıb. Bununla dövlət onun sosial siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha isbat edib. Yaxın zamanda pandemiyadan ən çox əziyyət çəkən sahibkarlıq subyektlərində işləyən insanlara yardımlar göstəriləcəkdir. Bundan başqa, Koronavirusla Mübarizəyə Dəstək Fondu təsis edilib. Burada bir məqam da vurğulanmalıdır ki, dövlət üçün bu Fondu tamamilə maliyyələşdirmək heç bir problem deyildi; Fonda yardım vasitəsilə Azərbaycan insanının bu çətin vaxtlarda bir-biri və öz ölkəsi ilə həmrəylik nümayiş etdirməsinə imkan yaradılıb və bunun özü də müsbət bir nümunədir.

 

Azərbaycan COVID-19-a qarşı mübarizədə ilk günlərdən ÜST ilə əməkdaşlıq etmiş və onun ekspertlərini səfərə dəvət edib. Missiyanın hazırladığı hesabatda öz əksini tapmış tövsiyələr aidiyyəti dövlət qurumları tərəfindən nəzərə alınır. Azərbaycan eyni zamanda qlobal həmrəylik nümayiş etdirərək koronavirusa qarşı qlobal mübarizədə ÜST-ə könüllü maliyyə yardımı ayırıb".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda ana və körpə ölümlərinin sayı azalıb 2 İyun 2020, 20:01 Maska taxılmamasına görə cərimələr qüvvəyə minib - MƏBLƏĞ 2 İyun 2020, 19:52 Qarabağda virusa daha 8 yoluxma faktı TƏSDİQLƏNDİ 2 İyun 2020, 19:39 Rusiya alimləri yoqurta bənzəyən koronavirus vaksini hazırlayıb 2 İyun 2020, 19:27 Gürcüstanda 9 Türkiyə vətəndaşı saxlanıldı 2 İyun 2020, 19:15 Baş Prokurorluğun Bakıda özünü yandıran kişi ilə bağlı MƏLUMATI 2 İyun 2020, 19:00 Müəllimlərin yay məzuniyyətilə bağlı AÇIQLAMA 2 İyun 2020, 18:52 Milli Məclisin növbədənkənar iclasının gündəliyi AÇIQLANDI 2 İyun 2020, 18:45 Prezident uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiyanı təsdiq etdi 2 İyun 2020, 18:39 Nyu-Yorkda etirazçılar 2,4 milyon dollarlıq saat oğurladılar 2 İyun 2020, 18:29 Azərbaycanda koronavirusa rekord yoluxma - daha 3 nəfər öldü 2 İyun 2020, 18:17 Təhsil Nazirliyi həbs olunan direktorla bağlı açıqlama yaydı 2 İyun 2020, 18:13 İcra başçısının oğlu vəzifəsindən ÇIXARILDI 2 İyun 2020, 18:06 İngiltərədə COVİD-19-dan ölənlərin çoxu qaradərilidir 2 İyun 2020, 18:06 Bakıda ekspres marşrut xətləri ləğv edilir 2 İyun 2020, 18:06 Arif Məlikovun qəbirüstü abidəsi ucaldılıb 2 İyun 2020, 18:01 “Yol hərəkəti əlifbası” yaradılacaq 2 İyun 2020, 18:00 Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı tədbirlər planı TƏSDİQLƏNDİ 2 İyun 2020, 17:54 Nazirlik 191 obyektdə nöqsan aşkarladı - FOTO   2 İyun 2020, 17:48 Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib 2 İyun 2020, 17:43 Putin nüvə silahını tətbiq edə biləcəyi şərtləri AÇIQLADI 2 İyun 2020, 17:41 Bu ilki məzunların attestatları yeni formada veriləcək 2 İyun 2020, 17:38 “Qobu park 3” yaşayış kompleksinə köçürülmə başladı - FOTO 2 İyun 2020, 17:32 Dərsliklər bu tarixdə təhvil veriləcək  2 İyun 2020, 17:28 Təhsil Nazirliyi bu müəllimlərə güzəşt etdi - Rəsmi 2 İyun 2020, 17:22 "WhatsApp"da yeni funksiya - Artıq bunu edə biləcəksiniz 2 İyun 2020, 17:16 2019-cu ilin dövlət büdcəsinin icrası müzakirə olundu 2 İyun 2020, 17:10 Təhsilalanlara sənədlərin verilməsi ilə bağlı mexanizm olmalıdır - Nazirlik 2 İyun 2020, 17:04 “Proqnoz yaxşı olanda səni qəhrəman edirlər, yaxşı olmayanda...” - Samir Şərifov 2 İyun 2020, 16:58 DİN-dən metrodakı insidentlə bağlı AÇIQLAMA - Saxlanılanlar var 2 İyun 2020, 16:52 Azərbaycandakı bütün təhsil müəssisələrində tədris dayandırıldı - Baş nazirdən SƏRƏNCAM 2 İyun 2020, 16:52 Gəncədə içməli su və kanalizasiya şəbəkələrinin tikintisi davam edir - FOTO 2 İyun 2020, 16:47 İlham Əliyev aviasiya işçilərini təltif etdi - SİYAHI 2 İyun 2020, 16:42 Prezident dini qurumlara maliyyə yardımı ayırdı - SƏRƏNCAM 2 İyun 2020, 16:40 “Xahiş edirəm ki, bununla bağlı cənab prezidentə məruzə edəsiniz” 2 İyun 2020, 16:38