Arxiv
2 Aprel 2020, 11:16 | İQTİSADİYYAT
Daşınmaz əmlak bazarı “ölüb” - SƏBƏBLƏR

Ekspert: “Karantin daşınmaz əmlak bazarına son zərbə oldu”


“Hazırda daşınmaz əmlak bazarı ilə bağlı hansısa fikir bildirmək olmur, çünki bazar faktiki olaraq mövcud deyil”.

 

Bunu Modern.az-a açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev bildirib.


R.Əliyev qeyd edib ki, koronavirus səbəbindən bütün sahələrdə olduğu kimi burada da proseslər dayanıb:


“Karantin şəraitində bazar aktivliyindən söhbət belə gedə bilməz. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlak bazarındakı durğunluq hələ koronavirus pandemiyasından əvvəl də müşahidə edilirdi. Sözsüz ki, neft qiymətlərinin aşağı düşməsilə müşahidə edilən neqativ gözləntilər bazara əlavə təsirlər göstərir. Koronavirusa görə tətbiq edilən karantin isə yekun zərbə oldu”.

 

“Postkarantində bizi nə gözləyir”

 

Ekspert bildirib ki, hazırda postkarantin dövrü barədə düşünmək lazımdır:

“Ona görə də sadəcə gözləmə mövqeyindəyik. Hələ xəstəlik lokallaşdırılandan sonra da problemlər yaşayacağıq. Çünki daşınmz əmlak bazarındakı problemlər sırf koronavirusla bağlı deyil. Hazırda bazarda ilk gözlənti pandemiyanın neçə müddət çəkəcəyi və dünya iqtisadiyyatına təsirlərinin nədən ibarət olacağıdır.

Çünki bu, təsirdən və neftin qiymətindən asılı olaraq formalaşacaq. Bunlar həm də manatın məzənnəsinin dayanıqlığına təsir edən amillərdir. Bir sözlə proseslər zəncirvari olaraq bir-birilə bağlıdır. Ona görə də qısamüddətli perspektivdə daşınmaz əmlak bazarında ürəkaçan nəsə gözlənilmir. Daşınmaz əmlak bazarı iqtisadiyyatın güzgüsü olduğu üçün baş verən proseslər burada öz əksini tapır. Hazırda bazarda texniki faktorlar yoxdur, hər şey fundamental göstəricilərlə bağlıdır. Proseslərin hansı istiqamətdə cərəyan edəcəyi ən əsas gözləntimizdir. Dünya iqtisadçılarının  pozitiv ehtimalları ondan ibarətdir ki, pandemiyadan sonra dünya iqtisadiyyatı “V” şəkilli-eniş, sərt eniş və yüksəliş temptində inkişaf edəcək və bütün itkilər tez müddət ərzində aradan qaldırılacaq. Optimist ssenari budur. Bu şəraitdə neftə olan tələbatın artımı və manat üzərində olan təzyiqin aradan qadırılması gözlənilir.”.

 

“Bazardakı vəziyyət manatdan asılı olacaq”

 

R.Əliyev qeyd edib ki, bazar dayandığından alıcı və satıcı da yoxdur:

“Hamı bir növ gözləmə mövqeyindədir. Təbii ki, əlacsızlıqdan əmlakını satmaq istəyənlər də var, amma alıcı olmadığından onu daha ucuz təklif edir. Bazar olmadığından biz faktiki qiymətləri müşahidə edə bilmirik. Amma indiki halda yalnız qiymət azalmalarından söhbət gedə bilər. Yəni əgər manatın məzənnəsi sabit qalarsa, bu halda daşınmaz əmlak bazarında qiymət bahalaşması deyil, ucuzlaşması müşahidə ediləcək. Yəni bazardakı vəziyyət həm də manatın məzənnəsinin sabitliyindən asılıdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlik regionlarda yüksəksürətli internet üçün işləri davam etdirir 6 İyun 2020, 17:23 DİM onlayn imtahanların ilk sınağını keçirdi 6 İyun 2020, 17:14 Qəbələ və Oğuza dolu yağır - Faktiki hava 6 İyun 2020, 17:06 Rəsmi Tbilisi: “Gürcülərlə azərbaycanlılar arasında nifaq salmaq istəyirlər” 6 İyun 2020, 16:58 “Taliban” 38 əfqan əsgərini azad etdi 6 İyun 2020, 16:49 Deputat: "İnsan haqlarından danışan Avropa Şurası Ermənistanın pozucu siyasətinə göz yumur" 6 İyun 2020, 16:40 Ermənilər Zəngəzurdan Qarabağa 3-cü yol çəkir – XƏRİTƏ 6 İyun 2020, 16:32 Gürcüstanda azərbaycanlı polis öldü 6 İyun 2020, 16:25 “Vətəndaşların fəaliyyət istiqaməti NK-nın qərarı ilə təsdiqlənməsə və icazəsi aktivləşdirilsə, cərimələnə bilərlər” - RƏSMİ 6 İyun 2020, 16:17 Mirtağı Əsədov Gürcüstanın DTX-nə çağrıldı 6 İyun 2020, 16:08 Dalana dirənən Ermənistan rəhbərliyi vəziyyətdən çıxış yolu axtarır - Fərid Şəfiyev 6 İyun 2020, 16:00 Gəncədə narkotacir saxlanıldı   6 İyun 2020, 15:52 Amerikada yaşamaq şansı verən “Green Card”a kimlər müraciət edə bilər? - VİDEO 6 İyun 2020, 15:45 Azərbaycanda deputatın yaxın qohumu koronavirusdan öldü 6 İyun 2020, 15:38 Avropa Şurasının ikibaşlı ermənipərəst siyasət aparması bizdə təəcüb və təəsüf hissi yaratdı - Vahid Əhmədov 6 İyun 2020, 15:30 Polisin bu addımı müsbət qarşılandı - FOTO 6 İyun 2020, 15:23 Kamran Bayramov: "AŞPA-nın qərəzli mövqe Azərbaycanın deyil, təşkilatın özünün nüfuzuna xələl gətirir" 6 İyun 2020, 15:15 Bələdiyyə sədri kəndin mərkəzinə su çəkdi 6 İyun 2020, 15:07 Polis jurnalistin xəstə anasına yardım etdi 6 İyun 2020, 15:00 Yardımlı və Bərdədə 7 tondan çox çətənə kolu məhv edildi 6 İyun 2020, 14:53 ÜST maskaların istifadəsinə dair təlimatını YENİLƏDİ 6 İyun 2020, 14:45 Azərbaycanda koronaviruslu xəstələrin dəhşətli görüntüsü - VİDEO 6 İyun 2020, 14:36 Ulvi Quliyev: “AŞPA bəyan etdiyi prinsiplərin əksinə fəaliyyət göstərməklə özünü iflasa sürükləyir” 6 İyun 2020, 14:27 Avropa Şurası ermənipərəst qüvvələrin sifarişlərini yerinə yetirməklə məşğuldur 6 İyun 2020, 14:18 Ədalət və insanlıq dərsi! - MUSA URUD YAZDI 6 İyun 2020, 14:10 Faktiki HAVA 6 İyun 2020, 14:03 Bakının kimsəsiz və səssiz küçələri - FOTOLAR 6 İyun 2020, 14:00 Azərbaycan nefti 43 dolları ÖTDÜ 6 İyun 2020, 13:57 ABŞ Almaniyadakı hərbiçilərinin sayını azaldacaq   6 İyun 2020, 13:50 Sabahın hava PROQNOZU 6 İyun 2020, 13:45 Bakı sakinlərinə XƏBƏRDARLIQ 6 İyun 2020, 13:37 Müstəqil Azərbaycanda elan edilmiş ilk fövqəladə vəziyyət, komendant saatı: 90-cı ildən üzü bəri... - Yaxın TARİX 6 İyun 2020, 13:29 Gültəkin Hacıbəyli Siyavuş Novruzovu dəstəklədi 6 İyun 2020, 13:22 Hamiləlik və laktasiya zamanı viruslu xəstəliklərə qarşı həssaslıq artır 6 İyun 2020, 13:13 İcazəsiz hərəkət edən avtomobillər aşkarlandı - DYP 6 İyun 2020, 13:04