Modern.az

İqtisadi dəstək və sosial müdafiə proqramlarının DETALLARI açıqlandı

İqtisadi dəstək və sosial müdafiə proqramlarının DETALLARI açıqlandı

İqtisadiyyat

4 Aprel 2020, 19:52

İqtisadi dəstək və sosial müdafiə proqramlarının detalları açıqlanıb. Modern.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov məlumat verib. Sosial dəstək aşağıdakı istiqamətləri əhatə edəcək:

1. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 44 min sahibkarlıq subyektində çalışan 304 min muzdlu işçinin əməkhaqlarının ödənilməsi üçün birbaşa maliyyə dəstəyi proqramı;

2. 292 min fərdi mikrobiznes subyektinə və fərdi sahibkarlara maliyyə dəstəyi proqramı;

  1. Vergi güzəştləri, imtiyazları və tətilləri proqramı;

    4. Yeni verilən bank kreditləri üzrə kredit zəmanəti dəstəyi proqramı. Bu proqramın həcmi 500 milyon manat təşkil edir;

    5. Sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit zəmanət dəstəyi proqramı;

    6. Əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket;

    7. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramının müzakirəsi gedir;

    8. İpoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi proqramı;

    9. Əhalinin kommunal ödənişlərə, ilk növbədə, elektrik enerjisinə mövsümü nəzərə alaraq dəstək proqramı;

    10. Həyati vacib sərnişindaşıma fəaliyyəti ilə məşğul olan dövlət və özəl şirkətlərlə bağlı məqsədli proqram.
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu