Modern.az

Salyanda avtomobil 17 yaşlı velosipedçini vurdu

Salyanda avtomobil 17 yaşlı velosipedçini vurdu

Aktual

4 Aprel 2020, 23:18

Salyan rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  “Report”a istinadən  xəbər verir ki, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistral yolunun rayonun Qızılağac kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Ford” markalı avtomobil velosiped sürən, rayonun Qızılağac kənd sakini, 2003-cü il təvəllüdlü Cavadov Eltac Səxavət oğlunu vurub.

Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan velosipedçi Salyan Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə İran üçün müharibəyə qoşulur? - ŞOK CAVAB