Arxiv
6 Aprel 2020, 15:01 | AKTUAL
Həcc ziyarəti ləğv olunmaya bilər

Bütün dünya müsəlmanlarını koronavirus pandemiyası şəraitində bu ilin iyuluna təsadüf edən Həcc ziyarətinin mümkün ləğvi ilə bağlı məsələ maraqlandırır. Ötən həftə Səudiyyə Ərəbistanının Həcc və Ümrə ziyarətləri naziri dindarları məsələyə tam aydınlıq gətirilənədək hazırlıq işlərini təxirə salmağa çağırmışdı. Eyni zamanda, əlavə etmişdi ki, indiki vəziyyətdə insanların sağlamlığı prioritet məsələdir.

 

Modern.az xəbər verir ki, Səudiyyə Ərəbistanı hökuməti Məkkə və Mədinədəki müqəddəs məscidlərdə davalı olaraq dezinfeksiya işləri aparır. Həmçinin bu şəhərlərdə indiyədək 480 insanın koronavirusa yoluxduğu bildirilir. Krallıq ötən aydan Ümrə ziyarətini və Məkkəyə bütün aviareysləri, o cümlədən daxili uçuşları dayandırıb. Rəsmi məlumata görə, bu ölkədə COVID-19 virusundan 25 ölüm halı qeydə alınıb. İndi bütün müsəlmanlar Həcc ziyarəti ilə bağlı Krallığın verəcəyi qərarı gözləyir. Bu, qarşıdakı ayda pandemiyanın yayılması vəziyyətindən asılı olacaq.

 

Bəs tarixdə Həcc ziyarətinin ləğv edilməsi halları baş veribmi? Tədqiqatlar və Arxivlər üzrə Kral Əbdüləziz Fondunun (DARAH) məlumatına əsasən, Həcc ziyarəti ilk dəfə 930-cu ildə, Abbasi Xilafəti dövründə baş vermiş iğtişaş nəticəsində dayandırılıb. Həmin vaxt Məkkədə 30 mindən çox zəvvar öldürülüb və Kəəbədəki qara daş Qətif bölgəsinə aparılıb. Bundan sonrakı on il ərzində Həcc ziyarəti yerinə yetirilməyib.

 

Həcc ziyarətinin növbəti dəfə dayandırılması isə 989-cu ildə baş verib. Həmin il Məkkədə bir çox zəvvarın ölümünə səbəb olan xəstəlik yayılıb. Əksəriyyəti dəvə ilə Məkkəyə gələn zəvvarların bir hissəsi də su qıtlığından həyatını itirib. Sonrakı 29 ildə isə Həcc ziyarətinə təkcə İraq müsəlmanları gələ biliblər.

 

"ArabNews" portalına müsahibə verən Kral Əbdüləziz Universitetinin tarix kafedrasının müdiri İmad Tahir qeyd edib ki, Həcc ziyarətinin ləğvi tarixən siyasi iğtişaşlar və təriqət zəminində münaqişələrlə əlaqədar olub. Məsələn, müsəlman aləmində müharibələr nəticəsində 1099-cu ildə də Məkkəyə zəvvar gəlməyib (azərtac).

 

Lakin Krallıq rəsmiləri bildirirlər ki, indiki şəraitdə Həcc ziyarətinin ləğv olunması ehtimalı çox azdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qarabağda daha 3 erməni koronavirusa yoluxub 2 İyun 2020, 12:30 Əlilliyi olan şəxslərin hüquqlarını pozanlar cərimələnəcək 2 İyun 2020, 12:30 Deputat uşaq evlərini tənqid etdi 2 İyun 2020, 12:26 Parlamentin növbəti iclasının vaxtı məlum oldu 2 İyun 2020, 12:25 Baş nazir sərəncam İMZALADI 2 İyun 2020, 12:24 Parlament sosial yardımın 1 illik təyin olunmasını TƏSDİQLƏDİ 2 İyun 2020, 12:23 Milli Məclis maskalarla bağlı cəriməni TƏSDİQLƏDİ 2 İyun 2020, 12:20 Ali məktəblərə ərizə verən abituriyentlərin sayı AÇIQLANDI   2 İyun 2020, 12:16 “Şəhid ailələri və qazilərimiz təhqir olunur” - Vitse-spiker 2 İyun 2020, 12:11 “3 il öncə qanun qəbul etmişik, lakin işləmir” - Cavanşir Paşazadə 2 İyun 2020, 12:08 Rusiyada ilk dəfə virusdan sağalanlar yoluxanları ÜSTƏLƏYİB 2 İyun 2020, 12:05 Səməd Seyidov parlamentdə Qazaxın su problemini qaldırdı 2 İyun 2020, 12:04 Deputat: “Sosial şəbəkələr haqqında” yeni qanunun hazırlanması çox vacibdir” 2 İyun 2020, 12:00 Fermerlər süni mayalanma ilə doğulmuş buzova görə pul alacaqlar 2 İyun 2020, 11:55 Milli Məclisin iclası canlı yayımlansın - Qüdrət Həsənquliyev 2 İyun 2020, 11:50 Prezident Sumqayıtla bağlı sərəncam İMZALADI 2 İyun 2020, 11:45 “Qondarma rejimi təbrik edən deputatın köməkçisi ermənidir” 2 İyun 2020, 11:40 İyun ayında 190 manat veriləcək? - Nazirlikdən rəsmi CAVAB 2 İyun 2020, 11:38 Deputatdan Yaşıllaşdırma Təsərrüfatı Birliyinə İTTİHAM 2 İyun 2020, 11:34 Azərbaycanda ağır vəziyyətdə olan koronavirus xəstələri - VİDEO 2 İyun 2020, 11:33 Qənirə Paşayevadan Baş Nazirə ÇAĞIRIŞ 2 İyun 2020, 11:30 Bakıda karantini pozan kafe sahibi cəzalandırıldı 2 İyun 2020, 11:26 “Torpaqların böyük əksəriyyəti Bakıda olan məmurlara məxsusdur” - Deputat 2 İyun 2020, 11:21 Məktəblərdə hərbi hazırlıq dərsləri bərpa edilsin - Deputat məsələ qaldırdı 2 İyun 2020, 11:18 Ermənistanda koronavirus ŞOKU1 gündə 517 yoluxma, 19 ölüm 2 İyun 2020, 11:17 Bakı Şəhər üzrə Təhsil İdarəsi vətəndaş qəbulunu dayandırdı 2 İyun 2020, 11:07 Milli Məclis toplaşdı 2 İyun 2020, 11:01 Azərbaycan XİN İtaliyanı təbrik etdi 2 İyun 2020, 10:58 İcra başçısı bacanağına yüksək vəzifə verdi - FOTO 2 İyun 2020, 10:52 Brazliyada koronavirusdan ölənlərin sayı 30 mini keçdi 2 İyun 2020, 10:49 Azərbaycan nefti bahalaşdı 2 İyun 2020, 10:42 Supermarketlərdən spirtli içkilər oğurlayan keçmiş məhkum YAXALANDI 2 İyun 2020, 10:38 Astarada çətənə əkən şəxs saxlanıldı 2 İyun 2020, 10:34 İnternet klubda karantin qaydalarını pozan 25 nəfər cərimələndi 2 İyun 2020, 10:30 Bu rayonlarda çəyirtkə qışlaqları qeydə alındı 2 İyun 2020, 10:24