Arxiv
6 Aprel 2020, 19:31 | PARLAMENT
İnanaq ki, onlar bir daha həbsxanaya geri qayıtmayacaq - ÜÇ DEPUTAT

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan 176 məhkum əfv olunub.

 

Modern.az-a danışan Milli Məclisin deputatları Prezidentin kifayət qədər rezonans doğuran addımını dəyərləndiriblər.

 

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev qeyd edib ki, bundan öncə ölkədə karantin rejiminin elan olunmasını nəzərə alan məhkəmələr 200-dən çox məhkumu cəzalarının çəkilməmiş hissəsindən azad edib.

 

"Bu gün isə ölkə Prezidenti daha 176 məhbusu cəzalarının bir hissəsini çəkmələrini nəzərə alaraq, humanizm prinsiplərini rəhbər tutub, əfv edib. Mən Prezidentin bu qərarını alqışlamaqla yanaşı, bunu çətin vəziyyətdə xalqımızın daha sıx birləşməsinə xidmət edəcək bir addım kimi qiymətləndirirəm. İnanmaq istəyirəm ki, həmin şəxslər bir daha qanunları pozub həbsxanaya geri qayıtmayacaq, cəmiyyətimizin inkişafına öz təhfələrini verəcəklər”, - deyə Q.Həsənquliyev bildirib.

 

Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa da hesab edir ki, bu ərəfədə belə bir əfv fərmanının verilməsi bir çox ailələrə sıxıntılı günlərdə sevinc bəxş edilməsi baxımından diqqətəlayiqdir:

 

"Ölkə prezidentinin cəmiyyətdən gələn səslərə bu dərəcədə həssas reaksiya verməsi həqiqətən vətəndaşlar tərəfindən böyük təqdirlə qarşılanır. Əslində bu arada cəzaçəkmə müəssisələrinin özlərinin də problemlərini azaltmaq baxımından bu cür əfv prosedurunun önümüzdəki aylarda da davam etməsi faydalı olardı. İslah olunması mümkün olan insanları müəyyənləşdirmək elə də çətin deyil. Xüsusi komissiya bu istiqamətdə çalışaraq qısa müddətdə lazımi sənədləri tərtib edə bilər. Onsuz da məhkəmə-hüquq islahatları ilə bağlı dəfələrlə ölkə prezidenti məhkəmələrə tövsiyə edir ki, mümkün qədər alternativ cəzalara üstünlük verilsin. Təəssüf ki, məhkəmələrimiz bu çağırışa hələ də həssas yanaşmırlar və cinayət məsuliyyətinə cəlb olunanların böyük bir hissəsi məhz azadlıqdan məhrum etmə cəzası alırlar. Bu göstəriciyə görə biz MDB ölkələri arasında ilk yerlərdəyik. Alternativ cəza mexanizmlərinin yayğınlaşması dövlətin həm də məhkumlar üçün xərclədiyi böyük miqdarda vəsaiti də azaltmış olardı. Bütün hallarda əfv fərmanının məhz bu çətin günlərdə verilməsi xüsusi əhəmiyyət kəsb edir və anlamlı humanist bir addımdır".

 

İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli isə xatırladıb ki, 200 nəfərin məhkəmə qaydası ilə azad edilməsindən sonra o, əfv və ya amnistiya ilə bağlı arzusunu dilə gətirib:

 

"Ona görə, cənab Prezidentin 176 nəfəri əfv etməsi mənim üçün də çox önəmli və xoş addımdır. Hər zaman vətəndaşlar tərəfindən müraciətlər olur. Biz bu müraciətlər barədə Əfv Komissiyasına da məlumat veririk. Ölkə başçısının bu cür humanist addımı bir növ bizim də işimizi yüngülləşdirir. Prezidentin əfv barədə qərarları beynəlxalq ictimaiyyətdə də hər zaman təqdirlə qarşılanır. İndi bu məsələnin aktuallığı odur ki, koronavirusla bağlı 65 yaşdan yuxarı insanların həssaslığı aydındır. Qanunvericilikdə də bu məsələ öz təsdiqini tapdı və ölkə başçısının 65 yaşdan yuxarı məhbusları əfv etməsi onların daha yaxşı qorunmasına yaradılan növbəti şəraitdir. Psixoloji təsir altında olan yaşlı məhbuslar həbsxanada deyil, ailəsinin yanında olsa, daha yaxşı idi. Cənab Prezident məhbusların bu durumunu, onların ailələrinin müraciətlərini, təcridxanada nizam-intizama əməl etmələrini nəzərə alaraq, belə bir qərar verdi. Məhbusların azadlığa çıxması onların gələcəkdə ictimai faydalı əməklə məşğul olmaları üçün də bir şansdır. Mən uzun illər məhkəmə orqanlarında işləmişəm. Məhkumların və onların yaxınlarının azadlığı nə qədər arzuladıqlarının şahidi olmuşam. Ali Məhkəmədə işlədiyim zaman da Əfv Komissiyasına məhbusların əfv olunması ilə bağlı rəylər vermişəm. Proses mənim üçün doğmadır. Ona görə, həm öz adımdan, həm də Vəhdət Partiyasının adından ölkə başçısına təşəkkür edirəm. Əfv tədbirlərinin davamlı olmasını arzu edirəm".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda oğul atasını bıçaqladı 6 İyun 2020, 17:31 Nazirlik regionlarda yüksəksürətli internet üçün işləri davam etdirir 6 İyun 2020, 17:23 DİM onlayn imtahanların ilk sınağını keçirdi 6 İyun 2020, 17:14 Qəbələ və Oğuza dolu yağır - Faktiki hava 6 İyun 2020, 17:06 Rəsmi Tbilisi: “Gürcülərlə azərbaycanlılar arasında nifaq salmaq istəyirlər” 6 İyun 2020, 16:58 “Taliban” 38 əfqan əsgərini azad etdi 6 İyun 2020, 16:49 Deputat: "İnsan haqlarından danışan Avropa Şurası Ermənistanın pozucu siyasətinə göz yumur" 6 İyun 2020, 16:40 Ermənilər Zəngəzurdan Qarabağa 3-cü yol çəkir – XƏRİTƏ 6 İyun 2020, 16:32 Gürcüstanda azərbaycanlı polis öldü 6 İyun 2020, 16:25 “Vətəndaşların fəaliyyət istiqaməti NK-nın qərarı ilə təsdiqlənməsə və icazəsi aktivləşdirilsə, cərimələnə bilərlər” - RƏSMİ 6 İyun 2020, 16:17 Mirtağı Əsədov Gürcüstanın DTX-nə çağrıldı 6 İyun 2020, 16:08 Dalana dirənən Ermənistan rəhbərliyi vəziyyətdən çıxış yolu axtarır - Fərid Şəfiyev 6 İyun 2020, 16:00 Gəncədə narkotacir saxlanıldı   6 İyun 2020, 15:52 Amerikada yaşamaq şansı verən “Green Card”a kimlər müraciət edə bilər? - VİDEO 6 İyun 2020, 15:45 Azərbaycanda deputatın yaxın qohumu koronavirusdan öldü 6 İyun 2020, 15:38 Avropa Şurasının ikibaşlı ermənipərəst siyasət aparması bizdə təəcüb və təəsüf hissi yaratdı - Vahid Əhmədov 6 İyun 2020, 15:30 Polisin bu addımı müsbət qarşılandı - FOTO 6 İyun 2020, 15:23 Kamran Bayramov: "AŞPA-nın qərəzli mövqe Azərbaycanın deyil, təşkilatın özünün nüfuzuna xələl gətirir" 6 İyun 2020, 15:15 Bələdiyyə sədri kəndin mərkəzinə su çəkdi 6 İyun 2020, 15:07 Polis jurnalistin xəstə anasına yardım etdi 6 İyun 2020, 15:00 Yardımlı və Bərdədə 7 tondan çox çətənə kolu məhv edildi 6 İyun 2020, 14:53 ÜST maskaların istifadəsinə dair təlimatını YENİLƏDİ 6 İyun 2020, 14:45 Azərbaycanda koronaviruslu xəstələrin dəhşətli görüntüsü - VİDEO 6 İyun 2020, 14:36 Ulvi Quliyev: “AŞPA bəyan etdiyi prinsiplərin əksinə fəaliyyət göstərməklə özünü iflasa sürükləyir” 6 İyun 2020, 14:27 Avropa Şurası ermənipərəst qüvvələrin sifarişlərini yerinə yetirməklə məşğuldur 6 İyun 2020, 14:18 Ədalət və insanlıq dərsi! - MUSA URUD YAZDI 6 İyun 2020, 14:10 Faktiki HAVA 6 İyun 2020, 14:03 Bakının kimsəsiz və səssiz küçələri - FOTOLAR 6 İyun 2020, 14:00 Azərbaycan nefti 43 dolları ÖTDÜ 6 İyun 2020, 13:57 ABŞ Almaniyadakı hərbiçilərinin sayını azaldacaq   6 İyun 2020, 13:50 Sabahın hava PROQNOZU 6 İyun 2020, 13:45 Bakı sakinlərinə XƏBƏRDARLIQ 6 İyun 2020, 13:37 Müstəqil Azərbaycanda elan edilmiş ilk fövqəladə vəziyyət, komendant saatı: 90-cı ildən üzü bəri... - Yaxın TARİX 6 İyun 2020, 13:29 Gültəkin Hacıbəyli Siyavuş Novruzovu dəstəklədi 6 İyun 2020, 13:22 Hamiləlik və laktasiya zamanı viruslu xəstəliklərə qarşı həssaslıq artır 6 İyun 2020, 13:13