Arxiv
7 Aprel 2020, 10:42 | AKTUAL
BMT baş katibi tibb işçilərinə təşəkkür etdi

BMT baş katibi Antonio Quterreş 7 aprel - Ümumdünya Sağlamlıq Günü ilə bağlı video müraciəti edib. 

 

BMT-nin Azərbaycan nümayəndəliyindən Modern.az-a verilən xəbərə görə, A. Quterreş qeyd edib ki, bu il Ümumdünya Sağlamlıq Günü çox çətin bir vaxta qeyd edilir: "Bu gün mən sağlamlığımızı qorumaq üçün gecə-gündüz çalışan səhiyyə işçilərinə, o cümlədən tibb bacıları, mamalar, texniklər, təcili tibbi yardım işçiləri, əczaçlar, həkimlər, sürücülər, xadimələr, inzibatçılar və digərlərinə müraciət edirəm. Bu gün pandemiyanın dağıdıcı təsirlərinə qarşı mübarizə aparmaq üçün özünüzü riskə ataraq gecə-gündüz çalışdığınız üçün sizlərə hər zamankından daha çox minnətdarıq. 2020-ci il Beynəlxalq tibb bacısı və mamalar ilidir və mən onların xüsusi təcrübə və öhdəliklərini vurğulamaq istəyirəm. Hamımızın tibb bacıları və mamalara göstərdikləri qayğı və peşəkarlığa görə minnətdar olmağımız üçün səbəbimiz var. Bilirəm ki, bu belədir. Tibb bacıları səhiyyənin ən böyük yükünü daşıyırlar. Bu cür travmatik işi müşayiət edən zədələnmə, yoluxma  və əqli sağlamlığa riski gözə alaraq çətin iş görürlər və uzun müddət çalışırlar. Onlar çox vaxt insanlara həyatlarının son günlərində rahatlıq təmin edirlər. Mamalar həyatın başlanğıcında rahatlığı təmin edirlər. Pandemiya zamanı onların işi daha da çətinləşir, çünki körpələrimizin salamat doğulmasını təmin edirlər. Dünyanın bütün tibb bacıları və mamalarına səslənirəm: gördüyünüz iş üçün təşəkkür edirəm. Bu ağır dövrdə bütün tibb işçilərinə deyirəm: biz sizinləyik və sizə güvənirik. Sizinlə fəxr edirik; siz bizi ilhamlandırırsınız. Biz sizə borcluyuq".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sabahın hava PROQNOZU 2 İyun 2020, 12:40 Əlilliyi olan şəxslərin hüquqlarını pozanlar cərimələnəcək 2 İyun 2020, 12:35 Qarabağda daha 3 erməni koronavirusa yoluxub 2 İyun 2020, 12:30 Deputat uşaq evlərini tənqid etdi 2 İyun 2020, 12:26 Parlamentin növbəti iclasının vaxtı məlum oldu 2 İyun 2020, 12:25 Baş nazir sərəncam İMZALADI 2 İyun 2020, 12:24 Parlament sosial yardımın 1 illik təyin olunmasını TƏSDİQLƏDİ 2 İyun 2020, 12:23 Milli Məclis maskalarla bağlı cəriməni TƏSDİQLƏDİ 2 İyun 2020, 12:20 Ali məktəblərə ərizə verən abituriyentlərin sayı AÇIQLANDI   2 İyun 2020, 12:16 “Şəhid ailələri və qazilərimiz təhqir olunur” - Vitse-spiker 2 İyun 2020, 12:11 “3 il öncə qanun qəbul etmişik, lakin işləmir” - Cavanşir Paşazadə 2 İyun 2020, 12:08 Rusiyada ilk dəfə virusdan sağalanlar yoluxanları ÜSTƏLƏYİB 2 İyun 2020, 12:05 Səməd Seyidov parlamentdə Qazaxın su problemini qaldırdı 2 İyun 2020, 12:04 Deputat: “Sosial şəbəkələr haqqında” yeni qanunun hazırlanması çox vacibdir” 2 İyun 2020, 12:00 Fermerlər süni mayalanma ilə doğulmuş buzova görə pul alacaqlar 2 İyun 2020, 11:55 Milli Məclisin iclası canlı yayımlansın - Qüdrət Həsənquliyev 2 İyun 2020, 11:50 Prezident Sumqayıtla bağlı sərəncam İMZALADI 2 İyun 2020, 11:45 “Qondarma rejimi təbrik edən deputatın köməkçisi ermənidir” 2 İyun 2020, 11:40 İyun ayında 190 manat veriləcək? - Nazirlikdən rəsmi CAVAB 2 İyun 2020, 11:38 Deputatdan Yaşıllaşdırma Təsərrüfatı Birliyinə İTTİHAM 2 İyun 2020, 11:34 Azərbaycanda ağır vəziyyətdə olan koronavirus xəstələri - VİDEO 2 İyun 2020, 11:33 Qənirə Paşayevadan Baş Nazirə ÇAĞIRIŞ 2 İyun 2020, 11:30 Bakıda karantini pozan kafe sahibi cəzalandırıldı 2 İyun 2020, 11:26 “Torpaqların böyük əksəriyyəti Bakıda olan məmurlara məxsusdur” - Deputat 2 İyun 2020, 11:21 Məktəblərdə hərbi hazırlıq dərsləri bərpa edilsin - Deputat məsələ qaldırdı 2 İyun 2020, 11:18 Ermənistanda koronavirus ŞOKU1 gündə 517 yoluxma, 19 ölüm 2 İyun 2020, 11:17 Bakı Şəhər üzrə Təhsil İdarəsi vətəndaş qəbulunu dayandırdı 2 İyun 2020, 11:07 Milli Məclis toplaşdı 2 İyun 2020, 11:01 Azərbaycan XİN İtaliyanı təbrik etdi 2 İyun 2020, 10:58 İcra başçısı bacanağına yüksək vəzifə verdi - FOTO 2 İyun 2020, 10:52 Brazliyada koronavirusdan ölənlərin sayı 30 mini keçdi 2 İyun 2020, 10:49 Azərbaycan nefti bahalaşdı 2 İyun 2020, 10:42 Supermarketlərdən spirtli içkilər oğurlayan keçmiş məhkum YAXALANDI 2 İyun 2020, 10:38 Astarada çətənə əkən şəxs saxlanıldı 2 İyun 2020, 10:34 İnternet klubda karantin qaydalarını pozan 25 nəfər cərimələndi 2 İyun 2020, 10:30