Arxiv
7 Aprel 2020, 12:18 | AKTUAL
Kimlər işsiz sayılmır? - RƏSMİ CAVAB

Birdəfəlik ödəmə işsiz statusuna uyğun olmayanlar və dövlətdən hər hansı sosial ödəniş alanlar üçün nəzərdə tutulmayıb


Son 2 gündə 190 manat məbləğində birdəfəlik ödəməni almaq məqsədilə işsiz kimi qeydiyyata alınmaq üçün vətəndaşlar tərəfindən elektron sistemə daxil olan müraciətlərin təhlili göstərir ki, bir çox hallarda bu müraciətlər qanunvericiliklə işsiz statusuna uyğun olmayanlar (hətta faktiki iş yeri, qazancı olanlar) tərəfindən edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Modern.az-a verilən məlumata görə, məşğulluq haqqında qanunvericiliyə əsasən, işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan əmək qabiliyyətli şəxs – işsiz şəxs hesab olunur.

Qanunla aşağıdakı şəxslər məşğul şəxslər hesab olunduğundan onlara işsizlik statusu verilmir:

- Muzdla (əmək müqaviləsi ilə) işləyənlər;

- Mülki-hüquqi xarakterli (xidməti) müqavilələrlə işləyənlər;

- Sahibkarlar (VÖEN-i olanlar);

- Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar (müvafiq dövlət aktı və çıxarışı olanlar);

- Əyani təhsil alan tələbələr

- Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər və b.


Qeyd edilib ki, məşğulluq xidmətləri tam elektronlaşdırılıb və işsiz şəxslərin qeydiyyatı da elektron şəkildə aparılır:

“Eyni zamanda, hazırda pandemiya ilə əlaqədar karantin rejimi olduğundan Məşğulluq Mərkəzlərində də vətəndaş qəbulları dayandırılıb.

İşsiz şəxslərin qeydiyyatı elektron sistem - www.e-sosial.az portalındakı "e-xidmətlər" bölməsində “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” e-xidməti tərəfindən aparılır.

Birdəfəlik ödəmənin hazırda dövlətdən sosial ödəniş alanlar istisna olmaqla, ünvanlılıq prinsipi əsas götürülərək pandemiya dövründə zərərçəkən işsizlər alacaq. Yəni birdəfəlik ödəmənin işsiz olan və məhz heç bir gəliri olmayan şəxslərə verilməsi nəzərdə tutulur.

Xüsusi karantin rejimi tətbiq edildiyi dövrdə elektron sistemdə yüklənmələrin artmaması və müraciətlərə operativ baxılması məqsədi ilə bu gün ölkənin şəhər və rayonları üzrə müraciət QRAFİKi açıqlanacaq və yuxarıda qeyd olunan işsiz statusuna uyğun gələn şəxslər elektron qaydada müraciətlərini edə bilərlər”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İqbal Məmmədov Leriklilərə müraciət etdi 4 İyun 2020, 16:22 Eks-prezident məcburi ifadə verməli olacaq 4 İyun 2020, 16:20 İtaliya da Avropa İttifaqından çıxa bilər 4 İyun 2020, 16:15 Abituriyentlər üçün teledərslərə start veriləcək - Təhsil Nazirliyi 4 İyun 2020, 16:10 “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət edənlərin NƏZƏRİNƏ! 4 İyun 2020, 16:05 Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib 4 İyun 2020, 16:00 Bu ildən BMU-da daha bir yeni ixtisas üzrə kadrlar hazırlanacaq - Müsahibə 4 İyun 2020, 15:54 Baş Nazir jurnalistlərin ofisdən işləməsinə icazə vermədi 4 İyun 2020, 15:48 Milli Qəhrəman: “Surət Hüseynov vətənə xəyanət etdi - Hələ bir danışmağa üzü də var” - MÜSAHİBƏ 4 İyun 2020, 15:45 “Neftçi” və “Qarabağ”ın oyunları keçirilməyəcək 4 İyun 2020, 15:40 Avtobuslarda kondisionerlərin işə salınmasına göstəriş verildi 4 İyun 2020, 15:35 Deputat Asim Mollazadə əhaliyə müraciət etdi 4 İyun 2020, 15:31 Şəmkirdə karantin qaydalarını pozan çay evi sahibi cərimə olundu - FOTO 4 İyun 2020, 15:25 Prezident bu şəxsləri MÜKAFATLANDIRDI 4 İyun 2020, 15:22 Bakı Dairəvi-1 avtomobil yolunda DƏYİŞİKLİK 4 İyun 2020, 15:18 İcra başçısı Gəncədə abadlıq işlərinin gedişatı ilə tanış oldu - FOTO 4 İyun 2020, 15:12 İlham Əliyev məktəb tikintisinə 2 milyon ayırdı 4 İyun 2020, 15:06 Azərbaycanlı hakimdən Rusiyanı qəzəbləndirəcək HÖKM... 4 İyun 2020, 15:00 Prezident yol tikintisinə 5 milyon ayırdı 4 İyun 2020, 14:55 Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda mağazalar iki gün işləməyəcək - QƏRAR 4 İyun 2020, 14:52 “Dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ 4 İyun 2020, 14:50 Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanına qeydiyyat başladı 4 İyun 2020, 14:47 Sabah bu şəhərlərdə dövlət qurumları 14:00-a qədər işləyəcək - RƏSMİ 4 İyun 2020, 14:45 Bu şəhərlərdə həftəsonu vətəndaşların küçəyə çıxması qadağan OLUNDU 4 İyun 2020, 14:40 Şənbə-bazar evdən yalnız BU İCAZƏ ilə çıxmaq mümkün olacaq 4 İyun 2020, 14:37 Vyetnam Milli Assambleyası Azərbaycana tibbi maska göndərdi 4 İyun 2020, 14:32 DİM buraxılış imtahanlarının vaxtını dəyişdi - Yeni TARİXLƏR 4 İyun 2020, 14:28 Əli Əsədov karantin rejiminin sərtləşdirilmə səbəbini AÇIQLADI- MÜRACİƏT - VİDEO 4 İyun 2020, 14:24 Bu şəhər və rayonlarda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti tam QADAĞAN OLUNDU 4 İyun 2020, 14:20 Fəaliyyəti dayandırılmayan sahələr AÇIQLANDI 4 İyun 2020, 14:17 Yoluxma halları artsa, bölgələrdə də sərt tədbirlər tətbiq olunacaq - Əli Əsədov 4 İyun 2020, 14:13 Dörd şəhərdə sərt karantin rejimi tətbiq olundu - QƏRAR 4 İyun 2020, 14:11 Azərbaycan bu koronavirus göstəricisinə görə dünyada 16-cıdır 4 İyun 2020, 14:05 Baş Nazir karantin rejimini SƏRTLƏŞDİRDİ 4 İyun 2020, 14:00 Məşhur Məmmədov Masallı sakinlərinə müraciət etdi 4 İyun 2020, 13:54