Modern.az

Hacıqabulda pambıq əkininə start verildi

Hacıqabulda pambıq əkininə start verildi

Aktual

9 Aprel 2020, 14:52

Hacıqabul rayonunda pambıq əkininə start verildi.

 

Modern.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov pambıq əkini işlərinin gedişi ilə yerində tanış oldu. Fermer təsərrüfatlarında növbəlilik əsasında aparılan işlər arat olunan sahələrdə, xüsusi texnikalar vasitəsilə həyata keçirilir. Əkilən pambıq çiyidi daha məhsuldar və xəstəliyə davamlı sortlar vasitəsilə aparılır.

 

Hacıqabul fermerləri ağ qızıldan yüksək gəlir əldə etmək üçün sahələrdə işlərə başlayıblar. Aprel ayının 8-dən başlayan səpin qısa müddət ərzində nəzərdə tutulmuş sahələrdə aparılacaqdır. Bunun üçün pambıq “P-Aqro” MMC tərəfindən təsərrüfat sahiblərinə çiyidinin və gübrənin satılması, eləcə də traktor və texnikalar təklif olunur. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?