Arxiv
15 Aprel 2020, 13:48 | AKTUAL
ADU-da onlayn təhsil necə qurulub?

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Universitetlərə onlayn dərslərin keçirilməsi Təhsil Nazirliyi tərəfindən tövsiyə edilib. Bununla bağlı, universitetlərə işin texnoloji tərəfinin necə qurulması barədə məlumat verilib.

 

Bu barədə Modern.az-a Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr və yaradıcılıq şöbəsindən bildirilib.

 

Qeyd olunub ki, Dillər Universiteti təhsilin davamlılığını təmin etmək, tələbələrin ehtiyaclarını ödəmək məqsədilə və yaranmış vəziyyətdən onların maksimal dərəcədə bəhrələnmələri üçün müxtəlif təkliflər üzərində çalışaraq öz işini qurub:

 

“İlk addım olaraq, təhsildə fasilə yaranmaması üçün universitetin professor-müəllim heyəti hər cür fədakarlıq göstərib videodərslər təşkil edib, texniki imkanlar vasitəsi ilə tələbələrlə ünsiyyət yaradıblar. Bundan başqa adu.edu.az saytında yerləşdirilən resurslardan (fənn syllabuslarından, proqram, PP prezentasiya və mühazirələrdən) faydalanmaları tövsiyyə olunub. Universitetin professor - müəllim heyəti, tələbələr və doktorantlar üçün kitabxana tərəfindən DSpace rəqəmsal kitabxanada dərslik və dərs vəsaitlərini Açıq PDF variantda oxumaq, köçürmək, Goole Drive da yerləşdirmək və print etmək imkanı yaradılıb. (Bunun üçün: adu.edu.az/ kitabxana DSpace, yaxud axtarışda http://217.64.17.124:8080/xmlui ). Vaxtaşırı partnyor universitetlərin və dünya kitabxalarının açıq giriş (istifadə) elan olunan linklərinin yerləşdirilməsi də bu qəbildən olan işlərdəndir.

 

ADU Təhsil Nazirliyi tərəfindən təklif olunmuş Microsoft Teams platformasına qoşulmaq üçün müəllim və tələbə heyətinə lisenziyalar alıb. Bu da universitetin İKT şöbəsi və İnformasiya Texnologiyaları kafedrasının vasitəsilə həyata keçirilib. Növbəti addımımız - müəllimlər üçün virtual təlimlərin keçirilməsi idi. Azərbaycan Dillər Universitetinin rəsmi səhifəsində prezentasiyalar və vebinarların elanları yerləşdirilib.

Məqsədimiz həm öyrədənlər, həm də öyrənənlər üçün yaranmış çətin vəziyyətdən çıxış yolu tapmaq və ondan səmərəli istifadə etməkdir. Beynəlalq təcrübədən bəhrələnərək və universitetin spesifikasını (20–ə yaxın xarici dillərin tədris olunması) nəzərə alaraq təklif olunan məsafədən dərslərin keçirilməsi üçün digər resurlara (more than 100 TOOLS) müraciət olunub. Bunlardan Zoom, Twiddla, Google Class, Skype, Google Docs, Google Hangouts, WhatsApp kimi platformaları nümunə gətirə bilərik.

 

Növbəti addımımız, mart ayının sonundan bu günə kimi ADU-nun məzunu - hal hazırda Kanadada yaşayan 20 ildən artıq bu sahədə təcrübəsi olan ESL Instructor, Trainer and Program Administrator Fəridə Ağaməmmədova “Onlayn dərslərinin təhsilimizdə rolu və əhəmiyyəti ” mövzusunda silsilə veb seminarların (webinar) təşkilini qeyd edə bilərik. Bu seminarlara qoşulmaqla təlim-tədris prosesinin məsafədən təşkilində yeni metod və yanaşmalarla tanış olur, nəticə etibarilə tələbələrdə təhsilə motivasiya yaratmış oluruq. Distant təhsilin ölkəmiz üçün uğurlu olacağına inanıb indiki şəraitdə yaranan yalnız bir problemi qeyd etmək istərdik, bu da bəzi regionlarda internetin zəif olmasıdır.

 

Əminliklə deyə bilərik ki, bu istiqamətdə işimiz davam edəcək və qazandığımız uğurlar gələcəkdə təhsildə müasirləşdirmə, elmi nailiyyətlərə və innovasiyalara doğru yeni yollar açacaq.

Bundan başqa, ölkə prezidenti İlham Əliyevin koronovirusla mübarizədə atdığı preventiv və effektiv addımları, həyata keçirilən yüksək təhlükəsizlik tədbirlərinin əhalinin sağlamlığının qorunmasına xidmət etdiyini nəzərə alıb, hamını bu məsələdə həmrəy olmağa, dövlətin verdiyi qərarlara məsuliyyətlə yanaşmağa, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırırıq.

Evdə qalaq, pozitiv olaq, savadlı olaq!”

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda virusa daha 548 nəfər yoluxdu, 10 ölüm 9 İyul 2020, 19:31 Rusiya XİN-I Azərbaycanın təşəbbüsünü ALQIŞLADI 9 İyul 2020, 19:04 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri AÇIQLANIB 9 İyul 2020, 18:58 İsveçdə hər plastik torba üçün 55 qəpik vergi tutulur 9 İyul 2020, 18:51 Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb 9 İyul 2020, 18:40 Daha bir həkim koronavirusa yoluxdu 9 İyul 2020, 18:23 Jirinovski saxlanılan qubernatora görə Dövlət Dumasını hədələdi 9 İyul 2020, 18:16 Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib 9 İyul 2020, 18:08 Mehriban Əliyeva göstəriş verdi - Böyük Şor gölü təmizlənsin 9 İyul 2020, 17:58 Dolların məzənnəsi sabit qaldı 9 İyul 2020, 17:52 Azərbaycanda tanınmamış müğənni karantini pozdu - FOTO 9 İyul 2020, 17:46 Azərbaycanda koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslər müəyyənləşdi  - “E-Təbib”-dən AÇIQLAMA 9 İyul 2020, 17:40 Xüsusi karantin bölgəsinin deputatları seçicilərə ÇAĞIRIŞ ETDİLƏR 9 İyul 2020, 17:38 Paşinyanın oğlu ordudan təxris olundu - VİDEO 9 İyul 2020, 17:36 Rusiya 13 ölkə ilə hava uçuşlarını bərpa edir – Bəs Azərbaycan? 9 İyul 2020, 17:34 Bakı-Sumqayıt yolunda yeni geridönmə yeri yaradıldı - FOTO 9 İyul 2020, 17:28 Dilqəmlə Şahbazdan XƏBƏR VAR 9 İyul 2020, 17:22 “Abituriyentlər üçün dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ 9 İyul 2020, 17:16 Azərbaycan MDB ölkələri arasında 30 ilin REKORDUNU VURDU 9 İyul 2020, 17:10 Gəlin, xırdalayaq, günahkar axtarmayaq! 9 İyul 2020, 17:04 Prezident Administrasiyasının şöbə müdiri partiya sədri ilə görüşdü 9 İyul 2020, 16:58 İTV-nin 7 əməkdaşı koronavirusa YOLUXDU 9 İyul 2020, 16:52 Gömrük Hospitalı koronavirusa yoluxan həkiminin son durumunu AÇIQLADI 9 İyul 2020, 16:46 Oğuza istirahətə gedənlər cəzalandırıldı - FOTO 9 İyul 2020, 16:40 Moskvada qoruyucu maska rejimi ləğv olunur 9 İyul 2020, 16:34 Azərbaycana yeni qaz sayğacları gətirildi - VİDEO 9 İyul 2020, 16:28 Yevlax Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi açıldı 9 İyul 2020, 16:22 Seul meri ölü tapıldı 9 İyul 2020, 16:16 DİM magistraturaya qəbul olunan bakalavrlara müraciət etdi 9 İyul 2020, 16:10 Bu Peşə Təhsil Mərkəzlərinə publik hüquqi şəxs statusu verildi 9 İyul 2020, 16:04 BMU-nun magistratura səviyyəsinə yeni qəbul olmuş tələbələrin qeydiyyatı asanlaşdırıldı 9 İyul 2020, 15:58 SMS-siz küçəyə çıxanların nəzərinə! - HƏBS OLUNANLAR VAR 9 İyul 2020, 15:52 DGK ilə BMT-nin İnkişaf Proqramı arasındakı əməkdaşlıq müzakirə edilib -FOTO 9 İyul 2020, 15:46 Dövlət Agentliyi 84 obyektdə qanun pozuntusu aşkarladı - FOTO 9 İyul 2020, 15:40 Prezident Saleh Məmmədovun bəzi səlahiyyətlərini LƏĞV ETDİ 9 İyul 2020, 15:35